Insan və Hüquq xəritədə

Insan və Hüquq

Bakı, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 2 AZ1008 *** 1 səs

Insan və Hüquq haqqında

"INSAN VƏ HÜQUQ" MMC-də göstərilən hüquqi xidmətlərin siyahısı:

Mülki işlər:

  • İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, əlavə kassasiya şikayətlərinin, ərizələrin, vəsatətlərin, iddia ərizələrinə, apellyasiya şikayətlərinə, kassasiya şikayətlərinə etirazların hazırlanması;
  • Birinci instansiya, apellyasiya və kassasiya instansiyasında təmsilçilik;
  • İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətin hazırlanması və göndərilməsi;
  • Konstitusiya Məhkəməsinə şikayətin hazırlanması və göndərilməsi;
  • Müştərilərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar müvafiq dövlət orqanlarında təmsilçilik.
  • Bütün növ hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya) təsis edilməsi, dövlət qeydiyyatı, ləğvi, yenidən təşkili (birləşməsi, bölünməsi, ayrılması, qoşulması və çevrilmə) və gələcək fəaliyyətinin (işçilərin işə qəbulunun həyata keçirilməsi üzrə ərizə və əmrlərin hazırlanması, əmək müqavilələrinin hazırlanması, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatının təşkili, daxili qaydaların hazırlanması və s) hüquqi tənzimlənməsi;
  • Bütün növ hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya) filial və nümayəndəliklərinin təsis edilməsi və qeydiyyatı;
  • Təsis sənədlərinə müvafiq dəyişikliklər və əlavələrin hazırlanması və dövlət qeydiyyatı;
  • Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərinin hüquqi ekspertizası;
  • Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının hüquqi təmsil edilməsi;
  • Vergi mübahisələrinin məhkəmə və ya məhkəmədən xaric qaydada həll edilməsi;
  • Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaların qaytarılması;
  • Sahibkarların hüquqlarının müdafiəsi;
  • Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi;
  • Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı müqavilə münasibətlərinin tənzimlənməsi;
  • Müqavilə münasibətləri üzrə mübahisələrin həll edilməsi;
  • Müqavilələrin ingilis və rus dilində tərtib edilməsi;
  • Ailə hüququ üzrə məsləhətlərin verilməsi;
  • Alimentin alınması üçün məhkəməyə müraciət;
  • Nikahın ləğvi və əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət;
  • Uşağın ata və ya anada qalması ilə bağlı məhkəməyə müraciət;
  • Uşağın valideynlərinin və yaxın qohumlarının uşağla münasibət saxlamaq üzrə mübahisələrin həlli;
  • Nikah müqaviləsinin tərtibi;
  • Daşınmazı əmlak (yaşayış və qeyri yaşayış) üzrə hüquqların dövlət qeydiyyatının həyata keçirilməsi;
  • Əcnəbilər üçün sənədlərin tərtib edilməsində kömək.

INSAN VƏ HÜQUQ MMC xidmətləri

1. müvəqqəti yaşayış üçün icazə;
2. iş icazəsi;
3. vizanın uzadılması;
4. müvəqqəti yaşayış icazəsinin uzadılması;
5. yaşayış yeri üzrə qeydiyyat.

Cinayət işləri:

  • Zərərçəkən və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi;
  • Apellyasiya və kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması;
  • Birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyasında təmsilçilik;
  • Mülki iddia ərizəsinin tərtib edilməsi və mülki iddia üzrə təmsilçilik.

İqtisadi mübahisələr:

  • İqtisadi mübahisələr üzrə hüquqi şəxslərin və sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi;
  • İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması və göndərilməsi;
  • Müvafiq İnzibati-İqtisadi məhkəmələrdə, Apellyasiya və Kassasiya instansiyasında təmsilçilik.

İnzibati mübahisələr:

  • İnzibati mübahisələr üzrə şəxslərin hüquqlarının müdafisəsi;
  • İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması və göndərilməsi;
  • Müvafiq İnzibati-İqtisadi məhkəmələrdə, Apellyasiya və Kassasiya instansiyasında təmsilçilik.