Portuqaliya Respublikasının Azərbaycandaki Fəxri Konsulluğu xəritədə

Portuqaliya Respublikasının Azərbaycandaki Fəxri Konsulluğu

Bakı, Nəsimi rayonu, Füzuli küçəsi, 65 AZ1014 *** 4 səs

Portuqaliya Respublikasının Azərbaycandaki Fəxri Konsulluğu haqqında

Portuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 4 avqust 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13 iyul 2012-ci il tarixli Sərəncamı ilə S.M.Ağabəyov Azərbaycan Respublikasının Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmış və 21 dekabr 2012-ci il tarixli
sərəncamına əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla,eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. Səfir T.Əliyev 14 yanvar 2013-cü il tarixində etimadnaməsini Portuqaliya prezidenti A.K.Silvaya təqdim etmişdir.

Yüksək səviyyəli qarşılıqlı səfərlər

  • 2-3 dekabr 1996-cı il - Ümummilli lider H.Əliyevin Lissabonda keçirilən ATƏT-in Zirvə görüşündə iştirak etmək üçün səfəri
  • 20-21 noyabr 2010-cu il - Azərbaycan Respublikasının Prezidenti İ.ƏliyevinLissabonda keçirilən NATO-nun zirvə toplantısında iştirak etmək üçün səfəri
  • 11-12 iyul 2001-ci il - Portuqaliya Respublikasının xarici işlər naziri J. da Qamanın səfəri
  • 7 mart 2002-ci il - Portuqaliya Respublikasının xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan Sədri J. da Qamanın səfəri
  • 15 iyul 2010-cu il - Portuqaliya Respublikasının xarici işlər naziri L.F.M.Amadunun səfəri
  • 20-21 noyabr 2010-cu il - Azərbaycan Respublikasının xarici işlər naziriE.Məmmədyarovun səfəri
  • 27-29 iyun 2012-ci il - Portuqaliya Respublikasının xarici işlər naziri P.Portaşın
  • səfəri

15 iyul 2010-cu il tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Portuqaliya Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr barədə Memorandum” imzalanmışdır. 20 noyabr 2010-cu il tarixində Lissabon şəhərində “Azərbaycan Respublikası və
Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş” imzalanmışdır.