Monteneqronun Azərbaycandaki Fəxri Konsulluğu xəritədə

Monteneqronun Azərbaycandaki Fəxri Konsulluğu

Bakı, Səbail rayonu, İlyas Əfəndiyev küçəsi, 8 AZ1000 *** 1 səs

Monteneqronun Azərbaycandaki Fəxri Konsulluğu haqqında

Monteneqro Avropada dövlət. Adı italyan dilində Montenegro. Sahəsi 13.812 kv.km , əhalisi 2007-ci ilin siyahıya almasına əsasən 684.730 nəfərdir.Cәnubi Şәrqi Avropa dövləti olan, gənc müstəqil Monteneqronun rəsmi paytaxtı Setine şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7 maddəsinə əsasən "baş şəhər" sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.1878-ci ildә imzalanan Berlin Sazişilә Osmanlı dövlәtindәn ayrılan vә Birinci Dünya müharibəsindən sonra Yuqoslaviyanın tərkibinə daxil edilәn Montenegronun qonşuları, Albaniya, Kosova, Serbiya, Xorvatiya vә Bosniya və Hersoqovinadır. Ölkə sahillərini Cәnubunda Adriatik dәnizinin suları yuyur. İdarəetmə forması prezidentli (Filip Vuyanoviç) respublikadır. Parlament birpalatalıdır. Baş nazir Milo Djukanoviçdir. İnzibati ərazi bölgüsü 21 bələdiyyədən ibarətdir.Beynəlxalq turizm ölkənin iqtisadiyyatının 20% təmin edir.

Azərbaycan-Monteneqro münasibətləri

Azərbaycan Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanımışdır. 24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. İqamətgahı Buxarest şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monteneqroda səfiri təyin edilmiş, Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov 2010-cu ilin 6 oktyabr tarixində etimadnamələrini Monteneqro Prezidenti F.Vuyanoviçə təqdim etmişdir. 2011-ci ilin sentyabr ayında Ramo Braliç,iqamətgahı Ankara şəhərində olmaqla, Monteneqronun Azərbaycan Respublikasında səfiri kimi etimadnamələrini Azərbaycan Prezidentinə təqdim etmişdir. Azərbaycan Respublikasının Monteneqroda diplomatik nümayəndəliyi 24 aprel 2012-ci ildə fəaliyyətə başlamışdır.

2011-ci ilin 8 aprel tarixində Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Novruzəli Aslanovdur. 2012-ci il iyul ayında Monteneqro Parlamentində Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılmışdır. Dostluq qrupunun rəhbəri Parlamentin sədr müavini Rifat Rastoder təyin edilmişdir.Azərbaycan və Monteneqro arasında 6 ikitərəfli sənəd imzalanmışdır.