Macarıstan Respublikası Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik əlaqələr 27 noyabr 1992-ci ildə yaradılmışdır.17 may 2001-ci ildə Macarıstanın Rusiyadakı Səfiri E.Keşken ölkəmizdə Fövqəladə və Səlahiyyətli səfir təyin olunmuşdur. Macarıstan Respubikasının Bakıdakı Səfirliyi 12 yanvar 2009-cu il tarixində fəaliyyətə başlamışdır. 14 dekabr 2010-cu il tarixindən etibarən Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Jolt Çutoradır. Azərbaycan Respublikasının
Macarıstandakı səfirliyi 2004-ci ilin sentyabr ayında açılmışdır. Hal-hazırda Azərbaycanın Macarıstandakı səfiri cənab Vilayət Quliyevdir.
26 mart 2007-ci ildə Macarıstan Parlamentində Macarıstan-Azərbaycan parlamentlərarası Dostluq qrupu yaradılmışdır. Qrupun sədri Marton Dyöndoşıdır.(Gyöngyösi)2011-ci ilin 8 aprel tarixində Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanhüseyn Kazımlıdır.Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında 23 sənəd imzalanmışdır.