Finlandiya Respublikasının Azərbaycandaki Fəxri Konsulluğu xəritədə

Finlandiya Respublikasının Azərbaycandaki Fəxri Konsulluğu

Bakı, Nərimanov rayonu, Kral Hüseyn küçəsi, 65A AZ1069 *** 1 səs

Finlandiya Respublikasının Azərbaycandaki Fəxri Konsulluğu haqqında

Finlandiya Avropanın şimalında Baltik dənizi sahilində dövlətdir. Rusiya, Norveç, İsveç ilə həmsərhəddir. Sahəsi 338 min km2, əhalisi 5.3 mln nəfərdir. Paytaxtı Helsinki şəhəridir. Finlandiya inzibati cəhətdən 12 lyaniyaya bölünür. Rəsmi adı Finlandiya Respublikasıdır.Finlandiya tarix boyu bir çox çətinliklərlə üzləşmiş vəbütün bu çətinliklərin öhdəsindən gəlmişdir. Qitədən İkinci dünya müharibəsinə qatılan bütün Avropa ölkələrindən yalnız Finlandiya xarici birliklər tərəfindən işğal edilməmişdir və ən əhəmiyyətlisi Fin demokratiyasına toxunulmamışdır. 1947-ci ildə Paris Anlaşması çərçivəsində, Finlandiya Sovetlər Birliyinə döyüş təzminatı ödəmək və müəyyən bir torpaq parçasını buraxmaq məcburiyyətində qalmışdır. 1962-ci ilin sentyabrında SSRİ Finlandiyaya 50 illiyə Saymen kanalının sovet hissəsini icarəyə verdi. 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə 35 dövlətin iştirakı ilə keçirilən müşavirədə Finlandiyanın da üzv olduğu ATƏT yaradıldı. 1995-ci ildə Finlandiya Avropa ittifaqına üzv oldu.

Azərbaycan-Finlandiya münasibətləri

Finlandiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımış, ölkələrimiz arasında diplomatik münasibətlər 24 mart 1992-ci ildə qurulmuşdur.2001-ci ilin noyabrında T.Lahelma iqamətgahı Helsinkidə olmaqla Finlandiyanın Azərbaycanda ilk səfiri təyin edilmişdir. 2008-ci ilin aprel ayında Finlandiyanın iqamətgahı Helsinkidə olmaqla Azərbaycandakı səfiri P.Salo təyin edilmişdir.Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri R.İbrahimov eyni zamanda Finlandiya Respublikasında da akkreditə olunmuşdur. 21 oktyabr 2004-cü ildə
Azərbaycan vətəndaşı Faiq Cəbiyev Finlandiyanın Azərbaycanda Fəxri Konsulu kimi fəaliyyətə başlamışdır.8 aprel 2011-ci ildə Milli Məclisdə Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibi təsdiq edilmişdir. Qrupun sədri İlham Əliyevdir.