Hikmətoğlu Transport xəritədə

Hikmətoğlu Transport

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37 AZ1000 *** 1 səs

Hikmətoğlu Transport haqqında

Azərbaycan nəqliyyat sektorunda öz dəsti-xətti ilə seçilən şirkətimiz artıq ilk xidmətlərini müştərilərinə təqdim etmişdir.Doğruluq,yüksək xidmət və müştəri məmnuniyyətini ön planda saxlayan “Hikmətoğlu Transport” Azərbaycan nəqliyyat sektoruna yeniliklər gətirməkdədir.

Hikmətoğlu Transport Beynəlxalq yükdaşıma

Avtomobil Nəqliyyatı - Beynəlxalq yükdaşımada başlıca olaraq Avtomobil nəqliyyatını ön planda saxlayan şirkətimiz dünyanın və Türkiyənin ən nüfüzlu nəqliyyat şirkətlərindən kirayə götürdüyü maşınlarla Avropa və MDB-nin istənilən ölkəsindən Azərbaycana birbaşa olaraq yüklərin daşınmasını həyata keçirir.Avtomobil nəqliyyatı ilə bağlı xidmətlərimiz aşağıdakı kimidir:

  • Avropa və MDB-nin bütün ölkələrindən,eləcə də Türkiyədən Azərbaycana müxtəlif növ yük maşınları ilə standart,qeyri-standart,xüsusi temperatur rejimi tələb edən,qabaritli və həmçinin yanıcısı olan yüklərin birbaşa daşınması(Yüklədiyimiz bütün maşınlar CMR sığortalıdır).
  • Azərbaycandan Avropa və MDB-nin bütün ölkərinə,eləcə də Türkiyəyə müxtəlif növ yük maşınları ilə standart,qeyri-standart,xususi temperatur rejimi tələb edən,qabaritli və həmçinin yanıcısı olan yüklərin birbaşa daşınması(Yüklədiyimiz bütün maşınlar CMR sığortalıdır).
  • Türkiyədən Avropaya və Asiyayanın bir sıra ölkələrinə-Rusiya,Türkmənistan,Qazaxıstan,Qırğızıstan və Özbəkistana müxtəlif növ yük maşınları ilə standart,qeyri-standart,xüsusi temperatur rejimi tələb edən,qabaritli və həmçinin yanıcısı olan yüklərin birbaşa daşınması(Yüklədiyimiz bütün maşınlar CMR sığortalıdır).
  • Avropa və Asiyanın bir sıra ölkələrində(Almaniya,Polşa,İtaliya,Türkiyə,Rusiya,Çin və.s) yerləşən anbarlar vasitəsilə sizin ən kiçik yüklərinizin belə Azərbaycana ən qısa zaman ərzində daşınması(avtomobil,hava və su nəqliyyatı ilə daşınma)
  • Daşıdığımız bütün yüklərin,istənilən çəkidə və həcmdə olmağından asılı olmayaraq,əlavə olaraq gömrükləmə xidmətini göstərilməsi.

Hava Nəqliyyatı - “Hikmətoğlu Transport” Avropanın və dünyanın bir çox nüfüzlu hava nəqliyyatı şirkətləri ilə əməkdaşlığa əsasən sizin ən kiçik və böyük həcmdə olan yüklərinizi ən qısa zaman ərzində Azərbaycana daşıyır. Daşıdığımız bütün yüklərin,istənilən çəkidə və həcmdə olmağından asılı olmayaraq,əlavə olaraq gömrükləmə xidmətinin göstərilməsi.

Dəmiryolu Nəqliyyatı - Dəmiryolu müxrəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsidir.Pulunuza daha çox qənaət etmək istəyirsinizsə,yüklərinizin dəmiryolu daşınmasını bizə etibar edin.Ən qısa zamanda sizə yardımçı olacaq və yüklərinizi təhvil verəcəyik.

Su Nəqliyyatı - “Hikmətoğlu Transport” ən münasib daşınma xidməti hesab olunan su nəqliyyatı vasitəsilə sizin yüklərinizin Avropa,Asiya və Amerikanın bir çox ölkərindən(xususən Çindən) Azərbaycana daşınmasını həyata keçirir. Daşıdığımız bütün yüklərin,istənilən çəkidə və həcmdə olmağından asılı olmayaraq,əlavə olaraq gömrükləmə xidmətinin göstərilməsi.