Hertz təqribən 150 ölkədə 10 000 məntəqəsi olan nəqliyyat vasitələrinin icarəsi üzrə fəaliyyət göstərən dünyanın aparıcı təşkilatlarından biridir.Hertz dünyada ümumi avtomobil icarəsi üzrə ən böyuk brenddir, həmçinin avtomobil icarəsi üzrə ABŞ-ın və Avropanın 169 əsas hava limanlarında fəaliyyət göstərən bir nömrəli tanınmış brenddır.Əlavə olaraq Hertz Şimali Amerikanın, Avropanın, Latın Amerikasının, Avstraliyanın, Yeni Zelandiyanın, Afrikanın, Asiyanın və Yaxın Şərqin şəhər və hava limanlarında həm korporativ, həm də lisenziya üzrə fəaliyyət göstərən məntəqələrlə əməkdaşlıq edir.2014-cü il Aprel ayından etibarən HertzAzərbaycanda öz fəaliyyətinə başladı. Artıq hər an, hər kəs tanınmış dünya brendi olan Hertzşirkətinin xidmətlərindən istifadə edərək, yüksək xidmətin əsl keyfiyyətini hiss edə bilər!
Hertz Azərbaycan geniş beynəlxalq və yerli korporativ müştərilər şəbəkəsi daxilində uzun müddətli avtomobil icarə təminatı təcrübəsinə malikdir. Bizim avtomobil icarə şirkəti aşağıda sadalanan korporativ xidmətləri təklif edir:
Hertz Azərbaycan şirkəti geniş ekonom və lüks sinifindən olan avtomobillər, krossover və yolsuzluq avtomobilləri seçimi ilə yerli və xarici müştərilər üçün icarə xidmətləri göstərir.Avtomobil icarəsinə qəza, oğurluq, üçüncü tərəfə qarşı məsuliyyət sığortası, tam xidmət və 24/7 texniki dəstək daxildir.Hertz Azərbaycanla avtomobil icarə edin və yolunuzdan zövq alın!