Help peşəkar dayə xidmətləri xəritədə

Help peşəkar dayə xidmətləri

Bakı, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 2/47 AZ1072 *** 1 səs

Help peşəkar dayə xidmətləri haqqında

Ailə üzvlərinizdən birinə xüsusi qulluq, qayğı və diqqət tələb olunur. Sərbəst hərəkət etmək, gündəlik məişət işlərini yerinə yetirmək qabiliyyətini itirmiş, insultdan, paraliçdən, diabetdən (şəkər xəstələri) ya başqa xəstəlikdən, travmadan sonra bərpa dövrünü yaşayan insanlar bəzən xəstə baxıcısı (dayə, sidelka) xidmətlərinə ehtiyac duyur. Ailənin xəstə ya ağır xəstəlikdən sonra sağalan üzvünə bütün günü yaxud müəyyən vaxt kəsiyində yanında bacarıqlı və qayğıkeş baxıcının olması lazımdır.

Xəstələrə baxım - Peşəkar dayə

Belə bir köməyi xəstənin evində müvəqqəti yaşayan - daimi yanında qalan baxıcı və ya növbəçiliklə - saathesabı xidməti göstərən xəstə baxıcısı, gələn xəstə baxıcısı (dayə, sidelka) göstərə bilər.“Help” şirkəti peşəkar xəstə baxıcısı xidmətləri təklif edir. Biz yalnız xidmət göstərən deyil, xəstəni anlayan, ona fiziki və mənəvi yardım göstərə bilən şəxsləri seçirik.

Sidelka, dayə xidmətləri

  • Saathesabı xidməti göstərən xəstə baxıcısı
  • Günlük xidmət göstərən xəstə baxıcısı
  • Daimi yanında qalan baxıcı
  • Köməkçi (kompanyon) xəstə baxıcısı

Xəstələrə qulluq malları - böyüklər üçün bezlər