Avis Eşitmə Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Türkiyənin dünyada ilk və tək eşitmə cihazları markası olan Earnet, Alman və Türk ortaqlığı ilə qurulmuşdur. Earnet eşitmə cihazlarının Azərbaycan üzrə rəsmi satış nöqtəsi Avis Eşitmə Mərkəzidir. Bundan başqa Türkiyənin ən böyük eşitmə cihazları satış şəbəkəsi olan SiSer eşitmə mərkəzlərinin Azərbaycan üzrə rəsmi nümayəndəliyidir.Avis Eşitmə Mərkəzinin diaqnostika otağı İSO 9001 standartlarına uyğun hazırlanmışdır. Xüsusi 2 vakum qatlı səs keçirməz qapı, xüsusi 5 qatlı səskeçirməz divarlar dəqiq müayinə nəticələrinə imkan yaradır. Bundan başqa istifadə olunan avadanlıqlar dünyanın ən qabaqcıl audio müayinə şirkətlərindən olan Almaniyanın Maico şirkətinin cihazlarıdır. Təqdim olunan cihazların hər birinə 1 il rəsmi istehsalçı zəmanəti verilir. 123 fərqli çeşiddə eşitmə cihazları mövcuddur ki bunlarında 120-si rəqəmsal prosessorlu cihazlardır.Xidmət göstərən mütəxəssislər Türkiyədə SiSer şirkətinin təlim mərkəzlərində bu işin bütün incəliklərinə peşəkarcasına yiyələnmiş və tam xidmət göstərməyə hazır mütəxəssislərdir.
Earnet eşitmə cihazları markası 2001-ci ildən Türk Alman ortaqlığı ilə istehsalata davam etməkdədir. Ən son keyfiyyət standartları ilə və daimi araşdırmalarla istehsal olunan cihazlar istənilən eşitmə itkisində və mümkün bütün dərəcələrə uyğun təqdim olunur. Təsadüfi deyil ki, şirkət 2008-ci ildə “Yaradıcı İstehsalçı” beynəlxalq mükafatını, 2010-cu ildə “Avropa Keyfiyyəti” mükafatılarını almışdır. Daim yeniliklər üzərində çalışan və inkişaf edən şirkət dünyanın 40-dan çox ölkəsində satılmaqdadır. Bunlardan Almaniya, Argentina, Braziliya, Rusiya, Azərbaycan, Suriya, İraq , Pakistan və başqalarını göstərmək olar. SiSer satış nöqtələrində satılan bütün cihazlar üçün rəsmi 1 il zəmanət verilir və cihazlar 6 ayda bir pulsuz servis imkanı ilə təqdim olunur. Təmizlənmə və yenidən ayarlanma xidmətləri də pulsuz olaraq alıcılara təqdim olunmaqdadır. Bundan başqa SiSerin 400-dən satış nöqtələrində fəaliyyət göstərən həmkarlara da böyük dəstək verir.Avis Eşitmə Mərkəzi müxtəlif xidmətləri həyata keçirir.