Hayat Clinic xəritədə

Hayat Clinic

Bakı, Yasamal rayonu, Mətbuat prospekti, 35A AZ1023 *** 5 səs

Hayat Clinic haqqında

Hayat Clinic tibb mərkəzi əhaliyə yüksək keyfiyyətli tibbi xidmət təqdim edir. Yüksək ixtisaslı mütəxəssislər, son nəsil tibbi avadanlıqlar, müasir informasiya texnologiyaları bizə keyfiyyətli tibbi xidmətlərin yeni formatda göstərilməsinə şərait yaradır. Hayat Clinic tibb mərkəzinin əsas üstünlüyü xəstəliklərin beynəlxalq protokollara əsaslanan dəqiq diaqnostikasını aparması və bunu Türkiyənin Lider Səhiyyə Qrupu olan ACIBADEM ilə sıx əməkdaşlıqla həyata keçirməsidir.

Hayat Clinic tibb mərkəzinin xidmətləri

Bizim mərkəzə müraciət edənlərə profilaktik müayinə və ehtimal olunan xəstəliklərin diaqnostikası üçün müxtəlif CHECK UP proqramları təqdim edilir. Bu prosedurlar ikili nəzarət altında aparılır. Nəticədə diaqnostik səhvlərin peyda olması ehtimalı aşağı düşür və klinik diaqnoz düzgün qoyulur. Bundan əlavə müraciət edənlər hər cür komfortlu şərait və tibb personalımızın diqqət mərkəzində olması ilə təmin edilir. Klinika müxtəlif xəstəlikləri olan pasiyentlərin müasir müalicə və reabilitasiya (bərpa terapiyası) keçməsi üçün hər cür şəraitə malikdir. Tətbiq edilən metodlar dünyanın öndə gedən xarici ölkə mütəxəssisləri tərəfindən formalaşdırılmış və məqbul qəbul ediləndir.