Hashtagmark Conversation Agency xəritədə

Hashtagmark Conversation Agency

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1000 *** 1 səs

Hashtagmark Conversation Agency haqqında

Sosial media üzərindən insanlarda maraq yaradacaq və onların bu prosesə daxil olmasini təmin edəcək potensialda hər tipli kompaniya hazırlayan və hər hansı bir mənbədən asılı olmayan sosial media agentliyidir. Fəaliyyətinin əsasən sosial mediada həyata keçirilməsinin səbəbi markaların daha çox sosial media üzərindən müzakirə olunmasıdır. Markaların sosial media hesablarının, web saytlarının analizindən sonra lazımi dataların toplanması, ən maraqlı və faydalı data-lar əsasında strategiyaların müəyyən olunması və strategiyalar əsasında reklam və marketinq kompaniyalarının həyata keçirilməsinə istiqamətlənmiş bir agentlikdir.

Hashtagmark  Sosial media agentliyi

Conversation Agency deməkdə məqsəd: insanları bu mövzu ətrafında danışdıracaq, bu haqda conversation etməyə vadar edəcək işlər görən bir agentlikdir. Bununla yanaşı markaların müştəriləri və ya hədəf kütlələri ilə sağlam şəkildə ünsiyyət qurmasini təmin edib və bu kommunikasiyanın idarə edilməsinə köməklik edirik.

 Markalarla əməkdaşlıq əsasən iki prinsip üzərində qurulur: 

  • Marka nüfuzunun artırılmasına ve həmin markanın müzakirə obyektinə çevrilməsinə istiqamətləndirilmiş kompaniyalar - Bu sırf markanın brendləşməsinə və müştəriləri ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasına yönəlmiş tədbirlərdir. 
  • Satışa hədəflənmiş kompaniyalar – Retargeting taktikasına əsaslanaraq əvvəlcədən məhsul ve ya marka haqqında məlumatı olan müştərilərə hədəflənmiş, sırf satış və satışın stimullaşdırılmasına istiqamətlənmiş kompaniyaların hazırlanması.

Services: Integrated Social Media Campaign Digital Design & Development Production Social Media Strategy Content Creation Media Planning and Ad Creation Social Media Management