2010-cu ildə bizim xidmət sahəsinə PARKBULVAR ticarət mərkəzində Happyland uşaq əyləncə Mərkəzi əlavə edildi. Cəlbedici oyun aparatlarının, uşaq meydanşalarının, attraksionların müxtəlifliyi və Gallerry4Kids böyük oyuncaq mağazası ilk gündən uşaqların ürəklərini fəth edə bilmişdir. Happyland Azərbaycanda öz işində Redemption sistemini və.s-ni qəbul edən, udulan biletlərin əvəzinə hədiyyələr verən, həmçinin məşhur Avstriya şirkəti Embed sistemini qəbul edən əyləncə biznesi bazarında ilk mərkəzdir. Bu, yerli əyləncə bazarında liderlik mövqeyinin sürətləndirilməsi və möhkəmləndirilməsi üzrə əsas amil rolunu oynamışdır.
2012-ci ildə METROPARK ticarət mərkəzində ikinci uşaq əyləncə mərkəzi Happyland açıldı. Bu mərkəzdə xidmət sahəsi inkişaf etmişdir, biz bir az başqa mövzunu seçmişik, ailəvi kafe kimi fəaliyyət göstərən TheKrystuKrab uşaq restoranını artırmışıq, həmçinin burada xüsusi günləri və doğum günlərini qeyd etmək olar, Cinnabon şirniyyat kafesi, həmçinin Happylanddə ilk olaraq uşaqlar üçün cəlbedici oyun zonası - Fun Learn, udulan biletləri qiymətli hədiyyələrlə dəyişmək mümkün olan Gallery4kids böyük oyuncaq mağazası yaradılmışdır. Bugünkü gündə, Happylandin üstünlükləri təkcə əyləncələrin müxtəlifliyi deyil, həmçinin, xidmətin keyfiyyəti, interyerin təmizliyi, oyun video aparatlarının və attraksionların çoxluğu, peşəkar təhsil almış heyət və əlbəttə ki, təhlükəsizliyidir.