Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Günəşli” nevroloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq və əsəb sisteminizi sakitləşdirmək imkanı təqdim edir. İqlimi mülayim qurudur, yayda havası isti-quru, qışda mülayim olur, bu da sinir sistemi xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. “Günəşli” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.
“Günəşli” nevroloji sanatoriyasında bir nəfər üçün 18 təqvim günü müddətinin təxmini qiymətləri ( yaşayış, müalicə, gündə üç dəfə qidalanma)
- İki nəfərlik iki otaqlı lüks(VİP) 755 AZN
- Bir nəfərlik iki otaqlı lüks 850 AZN
- İki nəfərlik iki otaqlı lüks 640 AZN
- İki nəfərlik bir otaqlı nömrə 540 AZN
- İki nəfərlik iki otaqlı nömrə 551 AZN
- Bir nəfərlik bir otaqlı nömrə 560 AZN
- Bir otaqlı iki yerlik nömrə 510 AZN
Tibbi göstərişlər
- mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin qalıq əlamətləri (meninqit, serebral araxnoidit, ensefolit mielit, ensefalomielit)
- mərkəzi sinir sisteminin damar xəstəliklərinin qalıq əlamətləri ( insult, serebral ateroskleroz, hipertenziv ensefalopatiya)
- baş beyin və onurğa beyin travmalarından sonrakı əlamətlər
- periferik sinir sistemi xəstəlikləri ( nevritlər, polinevritlər, neyropatiyalar)
- sinir sisteminin funksional xəstəlikləri
- veqetativ sinir sistemi xəstəlikləri
Tibbi əks göstərişlər
- kəkin fazada olan bütün xəstəliklər
- epilepsiya
- psixi pozuntular
- onkoloji xəstəliklər
- hipertoniya xəstəliyi III dərəcə
- çanaq orqanlarının travmadan sonrakı funksional pozğunluğu (siidiyin və nəcisin saxlamaması)
- Günəşli Nevroloji Sanatoriyanın müalicə bazası
Komfortlu müalicə şöbəsi və yüksək ixtisaslı mütəxəssis kurortoloqlar Sizin müalicənizin müvəffəqiyyətilə keçməsini təmin edəcəklər
- müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- su müalicəxanası – təbii yod-bromlu vannalarla
- elektroişıqla müalicə
- mastika yaxması (naftalan və parafin)
- massaj
- müalicə bədən tərbiyəsi
- psixoterapiya
- aromaterapiya
- sualtı duş massaj
- onurğa sütünun müalicəvi hovuzda dartılması
- iqlimterapiya
Təcrübəli mütəxəssislər xəstələrin müalicəsinə nəzarət etməklə aşağıdakı diaqnostik aparatlardan istifadə edirlər
- elektroensefaloqrafiya
- ultrasəs müayinəsi
- elektrokardioqrafiya
- mioqrafiya
- klinik və biokimyəvi laboratoriyalar
Ehtiyacınız olduqda Siz aşağıdakı mütəxəssislərin xidmətindən yararlana bilərsiniz.
- qastroenteroloqun
- uroloqun
- ginekoloqun
- stomatoloqun