Günəşli Nevroloji Sanatoriya xəritədə

Günəşli Nevroloji Sanatoriya

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi, 99 АZ1000 *** 19 səs

Günəşli Nevroloji Sanatoriya haqqında

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Günəşli” nevroloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq və əsəb sisteminizi sakitləşdirmək imkanı təqdim edir. İqlimi mülayim qurudur, yayda havası isti-quru, qışda mülayim olur, bu da sinir sistemi xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. İstirahətçilərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı olur. “Günəşli” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.

“Günəşli” nevroloji sanatoriyasında bir nəfər üçün 18 təqvim günü müddətinin təxmini qiymətləri ( yaşayış, müalicə, gündə üç dəfə qidalanma)

  • İki nəfərlik iki otaqlı lüks(VİP)       755 AZN
  • Bir nəfərlik iki otaqlı lüks             850 AZN
  • İki nəfərlik iki otaqlı lüks              640 AZN
  • İki nəfərlik bir otaqlı nömrə         540 AZN
  • İki nəfərlik iki otaqlı nömrə          551 AZN
  • Bir nəfərlik bir otaqlı nömrə        560 AZN
  • Bir otaqlı iki yerlik nömrə            510 AZN

Tibbi göstərişlər

  • mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin qalıq əlamətləri (meninqit, serebral araxnoidit, ensefolit mielit, ensefalomielit)
  • mərkəzi sinir sisteminin damar xəstəliklərinin qalıq əlamətləri ( insult, serebral ateroskleroz, hipertenziv ensefalopatiya)
  • baş beyin və onurğa beyin travmalarından sonrakı əlamətlər
  • periferik sinir sistemi xəstəlikləri ( nevritlər, polinevritlər, neyropatiyalar)
  • sinir sisteminin funksional xəstəlikləri
  • veqetativ sinir sistemi xəstəlikləri

Tibbi əks göstərişlər

  • kəkin fazada olan bütün xəstəliklər
  • epilepsiya
  • psixi pozuntular
  • onkoloji xəstəliklər
  • hipertoniya xəstəliyi III dərəcə
  • çanaq orqanlarının travmadan sonrakı funksional pozğunluğu (siidiyin və nəcisin saxlamaması)
  • Günəşli Nevroloji Sanatoriyanın müalicə bazası

Komfortlu müalicə şöbəsi və yüksək ixtisaslı mütəxəssis kurortoloqlar Sizin müalicənizin müvəffəqiyyətilə keçməsini təmin edəcəklər

  • müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
  • su müalicəxanası – təbii yod-bromlu vannalarla
  • elektroişıqla müalicə
  • mastika yaxması (naftalan və parafin)
  • massaj
  • müalicə bədən tərbiyəsi
  • psixoterapiya
  • aromaterapiya
  • sualtı duş massaj
  • onurğa sütünun müalicəvi hovuzda dartılması
  • iqlimterapiya

Təcrübəli mütəxəssislər xəstələrin müalicəsinə nəzarət etməklə aşağıdakı diaqnostik aparatlardan istifadə edirlər

  • elektroensefaloqrafiya
  • ultrasəs müayinəsi
  • elektrokardioqrafiya
  • mioqrafiya
  • klinik və biokimyəvi laboratoriyalar

Ehtiyacınız olduqda Siz aşağıdakı mütəxəssislərin xidmətindən yararlana bilərsiniz.

  • qastroenteroloqun
  • uroloqun
  • ginekoloqun
  • stomatoloqun