Gumush Residence xəritədə

Gumush Residence

Bakı, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 AZ1000 *** 1 səs

Gumush Residence haqqında

"Gumush plaza" əsrarəngiz şəhər və dəniz mənzərəsinə malik ümumi sahəsi 11200 kv. metr təşkil edən premium səviyyəli yaşayış kompleksidir. Bakı şəhərin işgüzar mərkəzindən piyada cəmi 10 dəqiqəlik məsafədə yerləşən, bu layihədə həyatın hər bir incəliyi nəzərə alınaraq, sakinlərin zövqlü, rahat və qayğısız yaşaması üçün XXI əsrin bütün texnoloji nailiyyətlərindən məharətlə istifadə olunmuşdur. "Gumush plaza" Bakının yeni, təkrarolunmaz məkandır. Şəhərin ən gözəl yamaclarından birində yerləşən, panoramik dəniz və şəhər mənzərəsini özündə əks etdirən, premium səviyəlli yaşayış kompleks, 16, 18, 20 mərtəbəli üç əsas blokdan və 8 mərtəbəli iki keçid bloklardan ibarətdir. Yaşayış kompleksində aşağı mərtəbələrdə 11 ədəd Dupleks1 , yuxarı mərtəbələrdə 12 ədəd Dupleks2 mənzillər ilə birgə cəmi 110 ədəd mənzil yerləşir. Kompleksə daxil olan 3 mərtəbəli ofis mərkəzi və 110 mənzilli yaşayış binası müasir tikinti metodları ilə ərsəyə gəlmiş və mühəndis düşüncəsinin ən son nailiyyətlərini özündə əks etdirir.