Green City xəritədə

Green City

Bakı, Səbail rayonu, Salyan şossesi, 14km/1 AZ1000 *** 1 səs

Green City haqqında

"Green city" yaşayış və istirahət kompleksi "Xəzər-1" şirkəti qrupu tərəfindən inşa edilib. Proektin təməli 2002 -ci ildə qoyulmuşdur. Bakı şəhərinin 12 km-də, hər cür səs-küydən uzaqda, dənizin sahilində yaşılıqlar içərisində yerləşən “Green city”, Azərbaycanda ən böyük modern yaşayış-istirahət layihələrindəndir. Ümumi sahəsi 120 000 m2 olan kompleksin 23 000 m2 inşaat, 97 000 m2 isə yaşıllıq sahəsi təşkil edir. Burada 15 min ədəd ağac əkilmişdir və yeniləri hələ də əkilməkdədir, bu isə ekoloji cəhətdən xeyli üstünlük deməkdir. “Green city” istirahət və yaşayış kompleksinin inşasında tamamilə təbii materiallardan - daşlardan və ağac məmulatlarından istifadə olunub. Kompleks daxilində işıqlandırma və darvazalarda isə klassik elementlər üstünlük təşkil edir. Kompleksin daxilində 11 mərtəbəli 80 nömrəli otel, 42 villa və katec, idman sağlamlıq mərkəzi, klinika, 2000 nəfərlik konsert və konfrans salonu, supermarketlər, hər cür istəklərinizi qarşılayacaq kafe və restoranlar, avtosalon və avtoservis və bir çox xidmətlər ilk dəfə bir araya gələrək bütöv bir yaşam sistemi yaratmış olur. “Green city” kompleksində uşaqlar da yaddan çıxmayıb. Burada sizin uşaqlarınız üçün geniş və əyləncəli meydança və uşaq baxçası da inşa olunub. Hər gün işə, idmana, kinoya, istirahətə gedərkən yollarda saatlarla ən dəyərli olan vaxtımızı itiririk. “Green city” sizə şəhərin cansıxıcı, bezdirici səs-küyündən uzaq rahat bir yaşam təklif edir. Dənizin sahilində, yaşıllıqlar içərisində yerləşən “Green city”də yaşamağa başladığınız andan etibarən rahatlıq duyğusu, güllərin və çiçəklərin ətri hər zaman sizinlə olacaq. İşə gedərkən, idman və alış-veriş edərkən çiçəklərin misilsiz ətri içinizi fərəhləndirəcək. Gün boyunca yaşadığınız həyatın füsünkar gözəlliyini yanınızda daşıyacaqsınız. İmkanları * 24 saat mühafizə * Kompleks daxili hərəkətin kartla tənzimlənməsi * 24 saat tibbi xidmət və aptek * Suvenir və hədiyyələr dükanı * Kitabxana və qiraət zalı * Bank xidmətləri * Fasiləsiz enerji * Peyk antena və TV * Sürətli internet * Avtomobil icarələmə * Səyahət turların təşkili * Təmizlik xidməti * İsitmə və soyutma