GWM ( Great Wall Motors )Çində ən böyük özəl avtomobil istehsalçısı olan şirkətdir.Holdinqin tərkibinə dörd istehsalı müəssisəsinin avtomobillərin və avtomobil komponentlərinin hazırlandığı 20 törəmə şirkət daxildir. İşçilərin ümumi sayı 10 000 nəfərdən çoxdur. Konsern Çinin ən böyük 500 müəsissəsi sırasına daxildir. 2011-ci ildə Çində ən böyük özəl avtomobil istehsalçısı olan “Great Wall” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi fəaliyyətə başladı. Bu barədə şirkətin Azərbaycandakı nümayəndiliyindən bildirilib ki, şirkət müştərilərinə bir neçə üstünlüklərə malik avtomobillər təqdim edir.
“Birincisi, bu təhlükəsizlikdir. 2009-cu ildə bu markanın avtomobilləri Avropa İttifaqında sertifikatlaşdırmadan keçiblər ki, bu da Çinin avtomobil şirkətləri arasında ilk belə haldır. Buraxılan modellər həm Avropanın ekoloji standartları, həm də təhlükəsizlik standartlarına tam uyğundur.Onlar təhlükəsizlik yastıqları, ABS-li disk əyləcləri və digər aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz olunublar.İkincisi, bu keyfiyyətdir.Biz yeni avtomobillərə 3 il və ya 100.000 km yürüş zəmanəti təqdim edirik. Onların keyfiyyəti dünya bazarında bu avtomobillərin daim artan populyarlığının əsas amillərindən biridir” – deyə, şirkətdən bildirilib.GWM istehsal olunan modeller:
1998-ci ildən “Great Wall” Çində pikapların satış həcminə görə birinci yerdə qərarlaşır. Great Wall Motors -un istehsal etdiyi mühərriklər Çinin digər avtomobil istehsalçılarına da tədarük olunur. 2006-cı ilin sentyabrından Great Wall Motors şirkəti öz məhsullarının Avropa bazarına ixracına başlayıb.GWM öz avtomobillərini təxminən 60 ölkəyə (MDB ölkələrindən Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və Moldova) göndərirdi. 2004-ci ildə GWM Çin bazarında 37 897 pikap satılıb.