Gravity xəritədə

Gravity

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37B AZ1000 *** 1 səs

Gravity haqqında

Müasir dövrdə bazara uğurlu şəkildə daxil olmaq üçün ən kiçik fərdlərdən, büdcəsi həddindən artıq qabarıq olan şirkətlərə qədər bütün qurumlar cəmiyyətə xitabən kreativ konsultasiyaya ehtiyac duyur. Bu fəaliyyətlərin sizin nəzərinizdəki önəmini əsas götürərək, məhsulunuzun və işlərinizin yüksək səviyyədə geniş kütlələrə çatdırılması üçün Gravity Inc. 2015-ci ildən sizin xidmətinizdədir. Təcrübəli, professional və sağlam düşüncəli gənclərdən təşkil edilmiş Gravity Inc. kollektivi sizin uğurlarınız üçün ən unikal variantları təklif edir.

  • Foto-videoqrafiya: Komandamız promo və reklam çarxlarının çəkilişini təşkil edir. Xidmətlərimizə həmçinin foto və video hesabatlar da daxildir.
  • Brendinq: Siz məhsulu hazırlayaraq ilk addımı atıb rəqiblərlə əhatəli bazara daxil olursunuz. İkinci addım olaraq bizə müraciət edirsiniz. Növbəti addımda isə sizi artıq uğur gözləyir.
  • Tədbirlər: Gravity Inc. komandası cəmiyyətin tələblərinə uyğun müxtəlif növ tədbirlər təşkil edir (sərgilər, konfranslar, partilər, forumlar və s.) Bütün bu fəaliyyətlərdə müştəri maraqlarına əsaslanaraq onların məmnunluğunu təmin edirik.
  • Qrafik dizayn: Dizaynla bağlı işlərə gündəlik həyatımızın bir çox hissəsində rast gəlirik. Reklam bannerləri, afişalar, plakatlar və bu kimi digər məhsullar birbaşa dizaynla əlaqəlidir. Bizim bacarıqlı və professional dizaynerlərimiz sizin fikirlərinizi vizual görüntüdə gerçəkləşdirmək üçün maksimum səviyyədə çalışacaqlar. Bunun nəticəsində məhsulunuzun daha çox diqqət çəkəcəyinə əmin ola bilərsiniz.
  • PR (ictimai əlaqələr): İctimai əlaqələr məhsulun uğur qazanmağının əsas açarlarından biridir. Bu əlaqələrin yaxşı aparılması nəticəsində məhsulun bazardakı hərəkət bacarığı daha da professionallaşır. Sirr deyilki, PR-ın başlıca məqsədi məhsul ətrafında səs-küy yaratmaq və alıcının diqqətini çəkməkdir. Odurki, biz də uğurlu PR aparmaqla nəzərləri öz üzərimizə toplamağı hədəfləyirik.