Grant Thornton xəritədə

Grant Thornton

Bakı, Səbail rayonu, Nizami küçəsi, 90A AZ1000 *** 0 səs

Grant Thornton haqqında

Grant Thornton Azərbaycan şirkəti “Grant Thornton International Ltd” Şirkətinə üzv şirkətlərdən biridir. “Grant Thornton Azərbaycan” şirkəti bütün bazarlarda və sənaye sahələrində fəaliyyət göstərən inkişaf yönümlü, sahibkarlıq şirkətlərinə vergi, maliyyə rəyi və məsləhət xidmətləri göstərir.Əldə olunmuş geniş yerli və regional bilik və təcrübə sayəsində şirkət yerli, milli və beynəlxalq müştəri kontingenti üçün fərqli müştəri xidmətləri təmin etmək istiqamətində böyük nüfuz qazanmışdır. Şirkət göstərilən xidmətlərin bütün müştərilərin mənafeyinə xidmət etməklə ən yüksək texniki peşə və etik standartlarla uyğunluğunu təmin etmək məqsədilə bütün xidmət istiqamətləri üzrə beynəlxalq səviyyəli vasitələrdən, metodologiyalardan və müstəqillik/risk idarəetmə standartlarından istifadə edir.Şirkətin missiyası seçdiyi bazar seqmentlərində cəsur və müsbət lider kimi tanınmaqla, dinamik biznes qurumlarını seçim etmək baxımından məsləhət xidmətləri ilə təmin etməkdir. “Grant Thornton International” Şirkəti müstəqil rəhbərlik və idarəetməyə məxsus olmaqla dünyanın aparıcı mühasibat və konsaltinq təşkilatlarından biridir. Bu cür təşkilatlar özəl biznes qurumlarını və ictimai əhəmiyyətli qurumlara maliyyə rəyi, vergi və mütəxəssis məsləhəti xidmətləri göstərir. Üzv və müxbir firmaların müştəriləri 120-dən çox ölkədə 35000-dən çox işçi heyətinin bilik və təcrübələrindən yararlana və biznes qurmaq üçün seçdikləri hər hansı yerdə spesifik, yüksək keyfiyyətli və fərdi xidmətlərdən faydalana bilərlər. “Grant Thornton International” Şirkəti kommersiya təşkilatları üçün əhəmiyyət daşıyan və daha geniş ictimai maraq kəsb edən məsələlərlə bağlı məsləhət verməyə çalışır.