About Grand Motors
2005-ci ilin sentyabrında əsası qoyulan, Azərbaycan bazarının inşaat və avtomobil sektorunun inkişafına kömək edən "GRAND MOTORS" Ltd. şirkəti öz fəaliyyətinə Azərbaycana ağır texnika və yük avtomobillərinin gətirilməsi və satışı ilə başladı. Bu gün şirkər Azərbaycanda dünya üzrə məşhur 14 şirkətin maraqlarını təmsil edir: CIFA, New Holland Agricultural, New Holland Construction, IVECO, Maz, Shantui, Foton, Macshio Gaspardo, Azimuth, Sea Ray, Kawasaki, Mercury Engines и Total. Uzun illik təcrübələrindən sayəsində bu firmalar öz fəaliyyət sahələrində innovativ ideya və texnologiyalara sahibdirlər. Misal üçün, ilk olaraq CİFA şirkəti qarışdıran pompalar, beton zavodlar və qarışdıran vaqonlar, New Holland ilk hidravlik ekskavatorlarbir və iki rotorlu kombaynlar,Sea Ray şirkəti isə ilk olaraq istirahət üçün kiçik qayiq və şüşəli yaxtalar istehsal etmişdir. Bu şirkətlərin geniş imkanlarını və dərin təcrübələrini nəzərə alaraq, “Grand Motors” Ltd., innovativ texnologiyalara əsaslanaraq öz müştərilərinə hərtərəfli xidmət təqdim edir. Şirkətin infrastrukturu müşaiyət olunan proseslerin bütün mərhələlərində nələrin izləndiyi, məsələn, avadanlığın zavoddan-müştəriyə qədər olan dövrü, göstərilən texniki xidmət və ehtiyat hissələri ilə təmin olunma zamanı nələrin vacib olduğu istiqamətini əks etdirən tərzdə qurulmuşdur. "GRAND MOTORS" Ltd.-nin zavodları bütöv gün ərzində fəaliyyət göstərirlər. Burada yüksək keyfiyyətli,öz işini operativ yerinə yetirən heyət çalışır. Xüsusi təhsil, istehsal və təhsil mərkəzlərində kursların nəticəsi olaraq şirkətin yüksək ixtisaslı işçiləri müştərilərinə keyfiyyətli ximət göstərməyə və onların ehtiyaclarını tam təmin etməyə nail olurlar. "GRAND MOTORS" Ltd. şirkətinin xidmətlərindən şirkətə gəlməyərək də kənardan istifadə etmək olar. Bu məqsədlə şirkət hündür binalardakı avadanlıqlar olan yerə getmək və yaranan qüsurları yerindəcə aradan qaldırmaq üçün mobil qruplar yaratmışdır. Şirkət müştərilərinə məhsulu alarkən güzəştlər təqdim edir, lizinq və kredit xidmətləri göstərir,bu prosedurları sıx əməkdaşlıq etdiyi yerli və xarici banklar vasitəsilə onlar üçün sadələşdirir. Lizinq bölməsində vacib avadanlığın alışı zamanı lizinq və kreditin bütün şərtləri izah olunur və ən uyğun optimal variant seçilir.