Grand Hospital 2014-cü il aprel ayının 1-də fəaliyyətə başlamışdır. 12 mərtəbədən ibarət korpusa malik Respublikanın ən böyük özəl tibb mərkəzi olaraq, sağlam işçi heyəti, ən müasir avadanlıqları ilə tibbin bir çox sahələrində fəaliyyət göstərməkdəyik.Sistem və idarəçiliyimizin məqsədləri:
Dünya standartlarına uyğun xidmət anlayışını ölkəmizdə yaşadan Grand Hospital peşəkar həkimlərin, bilik və təcrübələrini səmimi şəkildə paylaşan tibbi heyətin, düzgün keyfiyyət strategiyasının, ən müasir tibb texnologiyasının və səhiyyədə inamın ünvanıdır.