Grand Hayat xəritədə

Grand Hayat

Bakı, Yasamal rayonu, Tbilisi prospekti, 1054 AZ1000 *** 3 səs

Grand Hayat haqqında

İnsanların lazımi ehtiyacalarını ödəyəcək bütün növ xidmətləri vahid məkanda cəmləşdirməklə, onları modern və yüksək keyfiyyətli yaşayış mənzilləri ilə təmin etmək məqsədi ilə Yeni Həyat Şirkətlər Qrupu növbəti GRAND HAYAT layihəsinə start verdi.Yeni Həyat Şirkətlər Qrupu MMC öz müştərilərinin arzu və imkanlarına əsasən Grand Hayat yaşayış Kompleksindəki 1, 2, 3, 4 otaqlı, komfortlu və müasir standartlara cavab verən kommunal xidmətlərlə təchiz olunmuş mənzillərin daha rahat və sadələşdirilmiş ipoteka şərtləriylə satışını təşkil edir.

Yaşayış Kompleksinin mərkəzi isitmə, kamera nəzarəti (giriş- çıxışlara nəzarət) və digər xidmətlərlə təchizatı nəzərdə tutulur.İnşaat 2014- cü ildə başlanılmışdır və üç il müddətinə 2017- cı ildə tamamilə hazır şəkildə öz sakinlərinə istifadəyə veriləcək. Binanın təmirə təhvil verilmə tarixi isə mərhələli olmaq şərti ilə 2017- ci ili əhatə edir.2018-ci il ərzində, kommunikasiya işləri, həyətyanı sahələrin abadlıq işləri, lift xollarının, mənzillərin təmir işləri görüləcək və (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən) mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış (kupça) alınması üçün Grand Hayat MTK tərəfindən lazımi sənədlər sakinlərə təqdim olunacaq.

Grand Hayat Yaşayış Kompleksi

Bakının infrastruktur baxımından ən inkişaf etmiş ərazisində, Tbilisi pr. 1054 ünvanında təməli qoyulan Grand Hayat yalnız

  • bir bloklu,
  • 27 yaşayış mərtəbəli,
  • 10 bina,
  • 1920 məzilli,
  • sakinlər və qonaqlar üçün nəzərdə tutulmuş şəhərin 3 müxtəlif tərəfinə çıxışı olan avtodayanacağı,
  • avtomobil yuma xidməti,
  • 24 saat müştəri xidməti və 24 saat mühafizə xidməti,
  • xüsusi oturacaqlarla təchiz edilmiş, ağac və dekorativ bitkilərin, skamyaların və uşaqların kefinə kef qatacaq yellənçəklərin yer alacağı 30.000 m2 sahədə olan yaşıl park, hovuz Grand Hayat yaşayış kompleksində öz müştərilərini xəyallarındakı komforta, rahat yaşam tərzinə qovuşduracaq.