Goranboy Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Goranboy rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.Goranboy Rayon Məhkəməsi 1930-cu ildə yaranmış, 1938-ci ildən Qasım İsmayılov Rayon Məhkəməsi, 1991-ci ildən isə yenidən Goranboy Rayon Məhkəməsi adlandırılmışdır. Goranboy rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1938-ci ildə adı dəyişdirilərək Qasım İsmayılov rayonu, 1991-ci ildən isə tarixi adı qaytarılaraq Goranboy adlandırılmışdır.