Golden Water haqqında
"Golden Water" Məhdud Məsuliyyətli Cəmiyyət spirtsiz sərinləşdirici içkilərin istehsalı və satışı ilə məşğuldur və ən yeni texnologiya ilə hazırlanan yüksək keyfiyyətli "Lider Cola", "Lider Portagal", "Lider Dushes", qazlı və qazsız "Lider Aqua" suyunu təklif edir. İstifadə etdiyimiz Şollar suyu karbonlaşma, distillə edilmə və bakterioloji emal proseslərindən keçir. Konsentratları Avropa ölkələrindən alırıq.
Golden Water MMC-ti müstəqil təsərrüfat subyekti olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 1103-TZ-3404 nömrəli Dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən 24 iyul 2003-cü il tarixə hüquqi şəxs kimi qeydiyyata alınmışdır.
Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsdir. İstər Azərbaycan Respublikasında, istərsə də onun hüdudlarından kənarda qüvvədə olan qanunvericiliyinə zidd olmayan hər cür əqdlər, sazişlər, müqavilələr bağlamaq, mülkiyyət və şəxsi əmlak və qeyri əmlak hüquqlarını əldə etmək hüququna malikdir. Cəmiyyət müstəqil balansa, möhürə. ştampa, firma işarəsinə (emblemə), bank hesabına və digər rekvizitlərə malikdir. Cəmiyyət öz nizamnaməsi ilə nəzərdə tutulmuş və Azərbaycan Respublikasının qüvvədə olan “Mülki Məcəllə”si, qanunvericilik aktları ilə qadağan olmamış təsərrüfat fəaliyyətinin istənilən növü ilə məşğul olmaq hüququna malikdir.