Gobustone xəritədə

Gobustone

Bakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 47-ci km. AZ1000 *** 2 səs

Gobustone haqqında

AAС şirkəti gobustone hörgü blokları və yüksək keyfiyyətli əhəng istehsal edir. Azərbaycanda yeni bir tikinti məhsulunun istehsal xəttinin açılması ilə yanaşı, şirkət təlim proqramlarının bir hissəsi olaraq inşaatçılara, memarlara və müştərilərə məhsul ilə işləmə texnikasını tikinti sahələrində nümayiş etdirir. Bununla şirkət tikinti şirkətləri ilə uzunmüddətli əməkdaşlığın qurulması və Azərbaycanda tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını dəstəklədiyini təsdiq edir. 

Məsaməli Hörgü Blokları 

Almaniyanın yüksək texnologiyası olan Werhahn avadanlıqlari ilə təchiz olunmuş zavodda istehsal olunan bütün məhsullar milli və beynəlxalq standartların tələblərinə cavab verir. Eyni zamanda daimi olaraq məhsulun keyfiyyətinə müasir laboratoriyada nəzarət edilir. AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun rəsmi açılışı 2011 –ci ildə baş tutdu. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. “AAC” müasir tikinti materialları zavodu “SYNERGY GROUP“- a daxildir.Daxili bazarı ən qabaqcıl texnologiya və müasir tikinti materialları ilə təmin edərək rahat həyat şəraitinin yaradılması və müasir yaşayış bina və obyektlərin keyfiyyətli tikilməsi.

Gobustone uğur faktorları

  • Yüksək keyfiyyət və yeni texnologiya
  • Aktivlik
  • Səmərəlilik
  • Rəqəbət qabiliyyəti
  • Davamlı inkişaf
  • Sosial məsuliyyət