Go and Study xəritədə

Go and Study

Bakı, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, 3/6 AZ1008 *** 1 səs

Go and Study haqqında

Go and Study – Xaricdə Təhsil Dəyərli şagird və tələbələr! “Go and Study” şirkəti sizin xaricdə təhsil almaq xəyallarınızı və qarşınıza qoyduğunuz məqsədləri reallaşdırmaq üçün tövsiyə olunan ən ideal məkandır. Dünyanın müxtəlif ölkələrində bir çox aparıcı ali təhsil ocaqları ilə birbaşa və ya nüfuzlu xarici partnyorlar vasitəsi ilə rəsmi əlaqəsi olan “Go and Study” şirkəti olaraq, sizləri arzuladığınız ixtisas üzrə bakalavr və magistr proqramlarına dəvət edirik. Tələbələrimizə xaricdə müxtəlif təhsil proqramlarını münasib qiymətə təklif edirik. Bundan əlavə, biz istənilən xidməti rəsmi müqavilə əsasında həyata keçirərək dürüstlük, şəffaflıq və effektivlik kimi prinsiplərə riayət edirik. Çünki, müştərinin razılıq və etimadını qazanmaq bizim üçün çox əhəmiyyətlidir.

Go and Study şirkətinin fəaliyyəti

Fəaliyyətimiz sadəcə bakalavr və magistr hazırlığından ibarət deyil. Şirkətimiz tərəfindən xairici ölkələrin təhsil ocaqlarına qəbul olunan tələbələrə həmin ölkəyə yola düşənə qədər keçdiyi hər mərhələdə (viza işləri, sənədlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınması, sığorta və. s) lazımi köməklik göstərilir. Həmçinin getdiyi ölkədə tələbənin qarşılanması və qalacağı yerə yerləşdirilməsinə, orda qarşılaşacağı problemlərin həllinə, bir sözlə, təhsilini tamamlayana qədər tələbəyə dəstək oluruq. Bizi seçdiyinizə görə sizə təşəkkür edir və tezliklə sizin etimadınızı doğruldacağımıza inanırıq.