2004-cü ildə Türkiyənin Ankara şəhərində,fəaliyyətə başlamış olan Global Xaricdə Təhsil Mərkəzi,daha sonra 2011-ci ildən etibarən Azərbaycanda yerli şagird və tələbələrə yüksək xidmət göstərmək üçün Bakı mərkəzli ofisimizlə fəaliyyətini genişləndirmişdir. Amalımız ölkəmizin gənc potensiallarını ölkəmizin daha gözəl və parlaq gələcəyi adına xaricdə təhsil arzusuna qovuşdurmaqdır.
Global Xaricdə Təhsil Mərkəzi fəaliyyətindən bugünə kimi 4500-dən artıq şagird və tələbələri Avropa,Amerika,Türkiyə təhsil qurumlarına və Universitet programlarına yerləşdirməkdə vasitəçilik etmişdir.Global Xaricdə Təhsil Mərkəzi rəhbərləri,konsultantları və işçiləri kifayət qədər təcrübəli olmaqla yanaşı, həm də sadaladığımız xaricdəki təhsil qurumlarından, universitetlərindən məzun olan insanlardır. Global Xaricdə Təhsil Mərkəzinin iş fəaliyyətləri aşağıdakılardır: Xaricdə keçdiyimiz təhsil treninqləri və xaricə göndərdiyimiz tələbələr sayəsində demek olar ki,dünyanın bir çox ölkəsində tələbə dostlarımız, iş yoldaşlarımız və partnyorlarımız var.Global Xaricdə Təhsil Mərkəzinə müraciət edən hər bir tələbəyə xaricdə əmin əllərdə oldugunun təminatını veririk.
Xaricdə Təhsil Mərkəzi olan “Global” fəaliyyətə başladığı gündən daim misilsiz xidmət göstərmiş və rəğbət qazanmışdır.Hər gün yeniləşən, inkişaf edən ölkəmizdə yaşayan insanların yüksək intelektə malik olmasının vacibliyini düşünərək çətin,məsuliyyətli, amma olduqca şərəfli olan bu işi öz üzərimizə götürməyi borc bildik.Məqsədimiz Azərbaycanımızın gələcəyi və inkişafı naminə gənc nəsillərin daha bilikli, düşüncəli və intellektual yetişməsi üçün töhvə verməkdir.Üstünlüklərimiz və fərqimiz tədris sistemimizin hər kəsin bilik və bacarığına uyğun olmasıdır.Tez bir zamanda belə bir naliyyətlərin əldə edə bilməyimiz təhsildə yeniliklərə daha çox önəm verməyimizlə əlaqədardır.Xidmətlərimizin əsasən birbaşa məktəbli və tələbələrlə bağlı olduğunu nəzərə alaraq onların vaxtlarının daha səmərəli, maraqlı və faydalı keçməsi üçün bir çox layihələr həyata keçirdik. Layihələrimiz gənclərimiz tərəfindən çox maraqla qarşılanır və bu gün də həvəslə iştirak edirlər.