Glassi xəritədə

Glassi

Bakı, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63/105 AZ1000 *** 2 səs

Glassi haqqında

Şüşə - özü-özlüyündə unikal material kimi memarlıq və dizayn üçün çox maraqlıdır. Qədimdən, şüşədən hazırlanmış işlər sinaqoqları, katolik məbədləri, kilsələri, məscidləri, şərq və gərbin imarət və saraylarını bəzəmişdir. Bu üsul, Azərbaycanda XVIII əsrdə tikilmiş Şəki Xan sarayının inşasında da istifadə edilmişdir. Çox təəssüf ki, şəbəkə üsulunun müəllifi bizə məlum deyil. Lakin, bu günün özündə də şəbəkə üsulu əsərləri, sarayları, Sinaqoqları, Vatikanı, Kilsələri, Məscidləri, villaları, dövlət və kommersiya strukturlarını bəzəyir. Şüşədən incəsənət əsərlərinin yaradılmasına, başqa bir üsulla, onun xüsusi sobalarda yüksək temperaturda qızdırılması vasitəsilə də nail olunur.

Şüşə haqqında

Müasir dövrdə rəssamlar və incəsənət ustaları öz əsərlərini yaratmaq üçün müxtəlif material və üsullardan istifadə edirlər. Bizim sahədə ilk dəfə unikal üsul – təbəqə üzərində şüşə qırıntılarının bir kompozisiyada birləşdirilməsi tətbiq edilmişdir. Bu işin çətinliyi ustadan zərgər dəqiqliyinin tələb olunmasındadır. Çünki, o, kiçik şüşə qırıntılarını maqqaş vasitəsilə verilmiş şəkilə uyğun ardıcıllıqla, müasir texnologiyadan istifadə etməklə təbəqəni zədələmədən yerləşdirir. Bu üsulda işləmək və yaradmaq həqiqətən də hər kəsə nəsib olmayan istedad tələb edir və hər cür hörmət və ehtirama layiqdir.

Şüşə unikal materialdır, korroziyaya, çürüməyə, yanmaya davamlıdır və özünün ilkin görünüşünü itirmir. Məhz buna görə də şüşədən hazırlanmış əsərlər hələ bundan sonra da əsirlər boyu insanların gözünü və zövqünü sevindirəcəkdir. Bizim məhsullarımızın, şəkillərimizin, şüşədən hazırlanmış kompozisiyalarımızın unikallığı - onların eksklyuziv olmalarındadır. Onları istənilən bağlı məkanlarda, müxtəlif iqlim şəraiti olan yerlərdə saxladıqda belə, ilkin görünüşlərini itirmirlər.Bizim hazırladığımız işlərdən belə ikinçisini hər hansı bir başqa yerdə tapa bilməzsiniz. Sənət və rəsm əsərləri ilə yanaşı, bizim məhsullar müxtəlif sahələrdə istifadə edilə bilər: interyer, eksteryer, mebel və tikinti sənayesi.

Glassi şirkəti

Bizim məhsullarımız - əl işidir, eksklyuzivdir. Bu, incəsənətdə yeni istiqamətdir.Bu məqsəd üçün 2014-cü ilin mart ayında «Glassi» şirkəti yaranmışdır. «Glassi» şirkətinin yaradıcıları bu məqsədə 2008-ci ildən irəliləyirlər.İnsanın ən yaxın dostu xoşbəxtlikdir, brilyantlar deyil, ən qiymətli olsada. Bizim əsərlərimiz – xoşbəxtliyin ruhudur, müsbət energetika və xoş əhval-ruhiyyədir. Bizim əl işlərimiz gözü sevindirən, romantikadır. Bizim məhsulumuz – təmtəraqdır.Bizim hazırladığımız rəsm əsərlərləri insanlara unudulmaz müsbət enerji, müsbət emosiyalar verir və hər hansı bir şəxsin həyatını uzadır.