2000-ci ildən dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlayan”Glass House” MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda addım atan ilk şirkətlərdəndir.2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır.2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi.
2010-cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başladı.2011-ci ildə isə Almaniyanın “Bystronic-Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paketləmə xətti istismara verildi.“Glass House” dinamik kadrları və innovasiyalara (yeniliklərə) asan uyğunlaşan texnoloji qüvvəsi ilə şüşə və şüşə emalı sahəsində seçilmiş şirkətlərdən biridir. Yalnız düzgun texnologiyaya məxsus istehsalatın və təcrübəli personalın köməyi ilə yüksək keyfiyyətli dünya stantardlarına uygun məhsullar istehsal etmək mükündür və bu sahədə məqsədlərimiz: