Giorgio Armani S.p.A. 1975-ci ildə Giorgio Armani tərəfindəMilanda təsis edilmiş İtaliya moda evidir. Şirkət fərdi sifarişlə hazırlanan bahalı dəbli geyimlər, hazır geyimlər, dəri məmulatları, ayaqqabılar, saatlar, zərgərlik məmulatları, aksesuarlar, eynəklər, kosmetika və interyer əşyalarının dizaynı, istehsalı, paylanması və pərakəndə satışı sahəsində fəaliyyət göstərir.Giorgio Armani hazırkişi və qadın geyimləri, aksesuarlar, eynək, kosmetika və ətriyyat məhsulları üzrə ixtisaslaşan lüks brenddir. Bu məhsullar yalnız Giorgio Armani butiklərində, ixtisaslaşmışdərzi dükanlarında,elit lüksuniversal mağazalardaəldə oluna bilər. Brendinloqosuəyri formalı“A”hərfini dairəyə alan əyri formalı “G” hərfidir.