Gilan Holdinq xəritədə

Gilan Holdinq

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 38 AZ1010 *** 4 səs

Gilan Holdinq haqqında

"Gilan Holdinq" 1992-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir. Baş ofisi Bakıda yerləşən "Gilan Holdinq" ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir.

Gilan Holdinqin fəaliyyət sahələri

"Gilan Holdinq" üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm və sənaye sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. "Gilan Holdinq", eyni zamanda, həm şirkətə, həm də onun əməkdaşlarına qarşılıqlı fayda gətirən beynəlxalq filiallar da təsis etmişdir. "Gilan Holdinq" olaraq inşaat, turizm, sənaye sahələri üzrə məhsullarımızın çeşidini və fəaliyyət istiqamətlərini artırırıq. Hər bir sahə üzrə istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır. İnanırıq ki, yeni texnologiyalar əsasında hazırlanan Azərbaycan məhsulu dünya bazarında birincilik qazanacaqdır. İnşaat, turizm və sənaye sahələri üzrə dünya liderlərindən olmaqdır. Azərbaycan məhsullarının istesalını və dünya bazarında çıxarılmasını təmin etməkdir.

  • İstehsal imkanlarının daha da genişləndirilməsi;
  • Dünya bazarında layiqli yerlərdən birini tutmaq;
  • Çeşidlərin müxtəlifliyini artırmaq və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması;
  • Keyfiyyətə nəzarətin artırılması və davamlı olaraq bu istiqamətdə işlərin təşkili;
  • İstehsal fəaliyyətində yeniliklərin tətbiq olunması;
  • Digər ölkələrdə fəaliyyət göstərmək üçün yeni imkanların araşdırılması.

Şirkətin uğur prinsipləri və dəyərləri

  • Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək;
  • Ətraf mühit qarşısındakı məsuliyyətimizi dərk edərək onu qorumaq;
  • Ölkədə və dünya bazarında müxtəlif istiqamətlər üzrə nüfuz qazanmaq;
  • Peşəkarlıq. Məsuliyyət, keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edən peşəkarlarıq;
  • Keyfiyyət. Biz istehsal, sağlamlıq və keyfiyyət göstəricisiyik;
  • Zəmanət. Biz məhsullarımıza öz adımızla zəmanət veririk.