Dünya üzrə 90 ölkədə 130 məntəqədə Alman Xarici Ticarət Palatası fəaliyyət göstərərək istər alman istərsə də xarici müəssisələrə xidmətlərini təklif edir. Alman iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən bütün ölkələrdə Alman Xarici Ticarət Palatanın nümayəndəliyi var. Almaniyada Xarici Ticarət Palataları (AHKlar) Almaniya Sənaye Ticarət Palatasının (IHK) şəbəkəsi ilə sıx əlaqəlidir. IHK və AHK birgə olaraq alman şirkətlərinə xarixdə iqtisadi əlaqələrin yaradılmasında, inkişaf etdirilməsində yaxından dəstək göstərirlər. Almaniya Sənaye Ticarət Palatasının üst qurumu Alman Sənaye və Ticarət Palatası Məclisidir (DIHK), ki eyni zamanda AHK şəbəkəsini əlaqələndirir və dəstəkləyir.
Alman iqtisadi birlikləri ilə sıx əməkdaşlıq AHK-ların gələcəkdə bazar şəraitinə uyğun təşkilatlar arası daha yaxın münasibətlər qurmağa zəmin yaradacaq. AHK-lar Almaniya Federal Parlamentinin qərarı ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin iştirakı ilə himayə olunurlar. Alman-Azərbaycan Xarici Ticarət Palatası 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) tərkibindən formalaşdırılır. DAWF uzun illər ərzində Almaniya Federal İqtisadiyyat və Texnologiya Nazirliyi, Alman Sənaye və Ticarət Palatası Məclisi və Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzi ilə əməkdaşlıq edib.