Geototal haqqında
"GeoTotal” MMC şirkəti 2006 – cı ildən "GSS” şirkəti adı ilə fəaliyyətə başlamış və 2009-cu ildən GeoTotal MMC şirkəti kimi fəaliyyətini davam etdirir.Şirkət əsasi qoyulduğu vaxtdan bir neçə inkişaf mərhələsi keçmiş, ayaq üstə dura bilmiş və dinamiki inkişaf dövrünə daxil olmuşdur. Şirkətin texniki bazası daima təkmilləşir, təklif edilən xidmət sahələri genişlənir, əməkdaşlarının sayı artır. Şirkətin kollektivinin əsas hissəsini ali geodeziya təhsili olan mühəndislər təşkil edir."GeoTotal” şirkətinin əməkdaşlarının orta yaşı 28-dir. Əməkdaşların cavanlığı və enerjili olması, onların peşəkar istiqamətdə inkişaf etmək arzusu şirkətin strateji potensialını təşkil edir.
Şirkət meydana gələn texniki yenilikləri və perspektiv texnologiyaları diqqətlə izləyir, onlardan daha effektli olanlardan istifadə edir. Müasir geodeziya cihazlarının istehsalında lider kimi tanınan "Leica Geosystema AG” isveçrə şirkətinin geoseziya cihazlarından istifadə edilməsinə keçid belə siyasət nəticəsində mümkün olmuşdur. Işə peşəkar yanaşma, müasir texnologiyalar, müştəriyə hörmət, onun hər probleminin həllini öz üzərinə götürməyə hazır olmaq – bütün bunlar şirkətə yeni, daimi müştərilər əldə etməyə imkan verir. Biz müştəriyə məsələnin daha effektiv həllini təklif etməyə hazır olan etibarlı, məsuliyyətli və çevik tərəfdaş adımızı yüksək dəyərləndiririk.