Gender Araşdırmalar Mərkəzi xəritədə

Gender Araşdırmalar Mərkəzi

Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 27 AZ1000 *** 1 səs

Gender Araşdırmalar Mərkəzi haqqında

“Gender Bərabərliyinin Təminatları Haqqında” Azərbaycan Respublikası Qanununun Tətbiq Edilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsaslanaraq, Azərbaycan cəmiyyəti üçün yeni olan gender yanaşmanın yayılması və inkişafı, bu yanaşmanın elmi tədqiqatlara və tədris proqramlarına inteqrasiyasının zərurliyini əsas tutaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun 09 aprel 2013 il, 35/3 №-li əmri əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Gender Araşdırmalar Mərkəzi yaradılıb.Gender bərabərliyi insan hüquqlarının təmin olunması, insan təhlükəsizliyinin təminatı, sosial ədalət kimi inkişaf proseslərində aparıcı məsələdir.

Gender bərabərliyi məsələsi ilə bağlı milli öhdəliklərin hərtərəfli həyata keçirilməsi Minilliyin İnkişafı Məqsədlərinə nail olmaq üçün lazımi addımdır. Bu cür yanaşma BMT-nin əsas prinsiplərinə, o cümlədən demokratik idarəetmənin əsas və ayrılmaz hissəsi olan gender bərabərliyinin təminatı prisipinə cavab verir. Bu vəziyyət BMT, BƏT, Avropa Sosial Xartiyasının tövsiyyə və konvensiyalarını, beynəlxalq konfrans və forumların qətnamələrinin, ümumilikdə beynəlxalq hüququn bir hissəsidir.Gender Araşdırmalar Mərkəzinin əsas missiyasına aşağıda göstərilənlər daxildir – sosial həyatın təhlilində Azərbaycan cəmiyyəti üçün yeni olan gender üsulunun yayılması və inkişafi; bu üsulun elmi tədqiqatlara və tədris proqramlara integrasiyası; təhsil islahatı və onun modernləşdirilməsi əks etdirən tədqiqatların prioritet istiqamətlərin müəyyən edilməsində iştirak etməsi.

Gender Araşdırmalar Mərkəzinin fəaliyyəti

  • Gender problemləri ilə bağlı tədqiqatların aparılması;
  • Xarici universitetlər, tədqiqat mərkəzləri və ictimai qurumlarla tərəfdaşlıq layihələri;
  • Elm və ictimai əlaqələrin inkişafı. Konfrans, seminar, simpozium­ların keçirilməsi və onlarda iştirak;
  • Ayrı-ayrı qruplardan olan mütəxəssislər üçün gender aspektləri üzrə metodoloji vəsaitlərin işləyib hazırlanması ;
  • Tədris və elmi-maarifçilik fəaliyyəti;
  • Gender Araşdırmalar Mərkəzinin nəşrləri.

Gender Araşdırmaları Mərkəzinin məqsədi

  • Gender bilikləri əldə etmək yolu ilə gender mədəniyyətinin artırılması
  • Təhsil sisteminə gender elminin inteqrasiyası
  • Gender elminnən yeni yanaşma tətbiq etmək vasitəsilə Milli gender məktəbinin yaranmasına kömək etmək.
  • Universitet məkanında gender-həssas gənc tədqiqatçıların formalaşması
  • Gender ekspertləri arasında əlaqələrin rellaşması üçün mexanizmlərin işlənib hazırlanması