Gənclik İdman Kompleksi xəritədə

Gənclik İdman Kompleksi

Bakı, Nərimanov rayonu, Olimpiya küçəsi, 6 AZ1000 *** 1 səs

Gənclik İdman Kompleksi haqqında

«Gənclik» idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Burada səliqəli qulluq olunan çəmənlik, tamamilə düz asfalt qaçış yolları, göz oxşayan parlaq divarlı binaları, bir sözlə hər şey nikbinlik və enerji ilə nəfəs alır. Həmişəyaşıl ağaclarla əhatəyə alınmış kompleks şəhərin mərkəzində yerləşməklə, rahat giriş yollarına malikdir, bundan əlavə müstəqil istilik və enerji təchizat sistemi olmaqla, su və elektirk enerjisi təchizatında fasilələrə yol verilmir. Bunlardan əlavə 150 yerlik avtomobil dayanacağı sahəsinə malikdir.

Gənclik idman kompleksinin xidmətləri

«Gənclik» idman kompleksinin tərkibinə bağlı üzgüçülük hovuzu (25x10), trenajor zalı, sauna, 400 oturacaq yerli bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları da daxildir. Bundan başqa idman kompleksi duşxanalar, geyinib-soyunma otaqları və istirahət otağı ilə təchiz olunub. Burada siz idmanla məşğul olduqdan sonra öz dostlarınızın əhatəsində dadlı şirələr və ətirli çay içə bilərsiniz. Respublikanın dövlət və siyasi elitası, görkəmli və qabaqcıl iş adamları, biznesmenlər, xarici səfirliklər və beynəlxalq müəssisələrin nümayəndələri bizim daimi müştərilər siyahısına daxildir. Xidməti işçilərin (personalın) yüksək peşəkarlıqla, müasir avadanlıq və inventarlardan istifadə olunaraq təqdim etdikləri xidmətlər beynəlxalq standartlara uyğundur.

«Gənclik» idman kompleksi peşəkar və ya həvəskar səviyyəsində məşq etmək üçün xüsusi avadanlıqlarla təchiz olunmuş tennis, üzgüçülük, mini-futbol, ümumi fiziki hazırlıq zallarına malikdir. «Gənclik» idman kompleksində siz çox geniş çeşiddə idman növləri üzrə məşqlər keçirə bilərsiniz. Onların əksəriyyəti üzrə aşağıda qeyd olunan xidmətlər mümkündür:

  • korporativ iştirak
  • idman qurğusunun icarəsi (qapalı zalın və ya açıq meydançanın, təşkilat və ya fiziki şəxs tərəfindən, yarışlar və ya məşqlərin keçirilməsi üçün; bir dəfəlik və ya daimi əsaslarla)
  • abunə
  • bir dəfəlik istifadə (bir məşqə satılan bilet üzrə)