Gəlinim Wedding Boutique xəritədə

Gəlinim Wedding Boutique

Bakı, Nəsimi rayonu, Vaqif prospekti, 105 B AZ1000 *** 3 səs

Gəlinim Wedding Boutique haqqında

Toyunuzu necə xəyal edirsiniz? Gəlin birlikdə arzularınızı həyata keçirək və möcüzə yaradaq. Uşaqlıqda hər birimiz valideynlərimizin xoşbəxt toy şəkillərinə baxaraq, anamızın bəyaz gəlinlik paltarında necə gözəl göründüyünü heyranlıqla seyr edirik. Çox keçmir ki, biz də xəyallarımızda özümüzü gəlin tək təsəvvür edirik. Bir butikdən digərinə qaçmaq, saysız hesabsız kataloqları vərəqləmək, krinolinlər arasında dolaşmaq, dar geyim otağında satıcıların laqeyid müşahidəsilə növbəti paltarı geyinmək...bunların hamısı heç də sevincli əhval-ruhiyyəyə kökləmir.

Gəlinim Butikinin xidmətləri

“Gəlinim” butiki qarşısında Sizi bu cür stressdən qorumaq məqsədini qoyaraq, xəyallarınızın gəlinlik paltarına asanlıqla qovuşmağa Sizə böyük məmnuniyyətlə yardım edir. Bizim diqqətçil heyətimiz Sizin hər bir xatirənizə incəliklə yanaşaraq, təxəyyülünüzün ideal toy mərasimini həyata keçirir. Müştərilərimizə nə təklif edə bilərik? Sizə sevgilə ən yüksək səviyyədə xidmət göstərən peşəkar məsləhətçilərimiz,rahat və mehriban ab-hava, istəklərinizi dinləyib Sizi razı salmaq arzusu və dünya üzrə məşhur brendlərin geniş model çeşidi “Gəlinim” butikinin kandarından başlayır. Xəyallarınızın gəlinlik paltarına qovuşmaq üçün butikimizi ziyarət edin, və bir gün Sizin də qızınız toy şəkillərinizi seyr edərək, o cür gözəl və səmimi toyu xəyal edəcək! Bizimlə nağıllar doğulur!