Klubumuz uşaqlar üçün aşağıdakı məşğələləri təklif edir:
Anadan olandan 1 yaşa qədər
- İnkişafetdirici oyunlar.
- Görmə, yaddaş, nitqin və emosiyaların inkişafı.
- Məşğələlər azərbaycan, rus və ingilis dillərində keçirilir.
- Təcrübəli mütəxəssislərimiz tərəfindən bu məşğələlər anaların və dayələrin iştirakı ilə keçirilir.
Anadan olandan 2 yaşa qədər
- Dinamik gimnastika.
- İnkişafetdirici oyunlar.
- Əyləncəli riyaziyyat.
- Rəsm və yapma məşğələləri.
- Artikulyasiya gimnastikası.
- Nitqin inkişafı.
- Kiçik və böyük motorikanın inkişafı.
- Barmaqların gimnastikası.
- Məntiqin, yaddaşın, yaradıcı təfəkkürün inkişafı.
- Musiqini duyma qabiliyyətinin inkişafı.
- Q. Doman metodu ilə oxuma.
- Məşğələlər azərbaycan, rus və ingilis dillərində keçirilir.
- Məşğələlərdə anaların və dayələrin iştirakı vacibdir.
2 yaşdan 5 yaşa qədər
- Dinamik gimnastika.
- Bədii və yaradıcı təfəkkürün, yaddaşın, məntiqin, nitqin inkişafı.
- Əyləncəli riyaziyyat.
- N.A. Zayçevin metodi ilə oxuma.
- Rəsm, yapma, oriqami.
- Artikulyasiya gimnastikası.
- Kiçik və böyük motorikanın inkişafı.
- M. Montessori, N. Lazarev, Q. Doman və başqa aparıcı pedaqoqların metodlarına əsaslanaraq qurulan məşğələlər.
- Nağıl terapiya.
- Barmaqların gimnastikası.
- Məşğələlər azərbaycan, rus və ingilis dillərində keçirilir.
- Məşğələlərdə analar və dayələrin iştirakı vacibdir.
5-6 yaşlı uşaqlar üçün
- 5-6 yaşlı uşaqların test üsulu ilə məktəbə hazırlanması.
- Bədii və yaradıcı təfəkkürün, yaddaşın, məntiqin, nitqin inkişafı.
Hamiləlik məktəbi
Klubumuzda fəaliyyət göstərən "Hamiləlik məktəbi" təbii yolla doğuşa hazırlıq və doğuşdan sonrakı dövrü əhatə edən 16 məşğələdən ibarətdir. Məşğələlər həftədə iki dəfə keçirilir. Məşğələlərə gəlmək üçün münasib vaxtı siz özünüz təyin edirsiniz."Hamiləlik məktəbi"ndə aşağıdakı məşğələlər keçirilir:Müalicəvi gimnastika ( hamilələr üçün fitness)-Hamiləlik heç də fiziki tapşırıqlardan və aktiv həyat tərzindən imtina etmək üçün səbəb deyil. Həmiləlik döründə düzgün fiziki formanı qoruyub saxlamaq lazımdır. Müasir fitness, aerobika və yoqanın bütün istiqamətlərini bilən və tibb təhsilli mütəxəsislərimiz xüsusi proqram əsasında hamilələrlə məşğul olurlar. Bu məşğələlər hamiləlik dövrünü asanlaşdırır, əsəb sistemini sakitləşdirir, orqanizmi yüngül və asan doğuşa hazırlayır, əzələ sistemini və hamiləlik dövründə üzərinə daha çox yük düşən onurğa sütununu möhkəmlədir.
Ad günləri və tədbirlər
“Gələcək Nəsil” valideynlər Klubunun nəzdində fəaliyyət göstərən kafedə ad günləri və digər tədbirlər keçirmək olar. Yüksək zövqlə bəzədilmiş zal, dadlı xörəklər, əyləncəli bayram proqramı əziz balanızın ad günün unudulmaz edəcək.