Azərbaycanın ən valehedici və füsünkar yerlərindən olan Gədəbəy rayonu təbiəti ilə yanaşı, içməli bulaqları ilə məşhurdur. Dünyada içməli su ilə bağlı qlobal problemin yaşandığı bir dövrdə Gədəbəydə içməli suyun kifayət qədər ehtiyatları vardır. Belə məşhur bulaqlardan biri Azərbaycan Respublikası, Gədəbəy rayonunun Slavyanda kəndində yerləşən «Novlu» bulağıdır. 2004-cü ildən «Slavyanda 1» adlı suyun buraxılışına başlanıldı. «Slavyanka 1» suyu təmiz bulaq suyudur. O, xüsusi borular vasitəsilə hovuza yığılır. Su hovuzunda durulduqdan sonra ozonlaşdırılır, kömür (tozağacı), qum, mexaniki filtrlərdən, ultrabənövşəyi şüalanmadan keçir və qablaşdırmaya yararlı vəziyyətə gəyirilir. Bu texnologiyanın tətbiqinin əsas məqsədi bulaq suyuna səciyyəvi olan xassələrin və minerallaşmanın saxlanılmasıdır. Qrafikə əsasən laboratoriya analizləri, mənbənin və istehsala hazır suyun keyfiyyətinə nəzarət həyata keçirilir. Bütün yazılar arxivləşdirilir. Pet taranın şişirdilməsindən tutmuş qablaşdırmaya qədət proses avtomatik şəkildə insan amilinin iştirakı olmadan həyata keçirilir. Bu proses həmçinin 19 litr balonun doldurulması və qablaşdırılması üçün tətbiq edilir.