1999-cu ildə tibb elmləri namizədi Zərifə Həmzəyeva ilə təsis edilmiş Gazelli Group MMC Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır. Gazelli Group kompaniyasına: Gazelli Şüvəlan, “Sheraton” otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi, Buta və Aroma kosmetik brendləri daxildir.