Gazelli Art House xəritədə

Gazelli Art House

Bakı, Səbail rayonu, Nizami küçəsi, 109A AZ1004 *** 1 səs

Gazelli Art House haqqında

Gazelli Art House -un (Gazelli İncəsənət Evi) əsas məqsədi müasir incəsənət əsərlərinin yaradılması üçün yeni bir məkan təmin etməkdən, eləcə də ən yaxşı beynəlxalq rəssamların ideyalarını həm yeni, həm də formalaşmış kolleksiyaçılardan ibarət izləyici kütləsinə çatdırmaqdan ibarətdir. Bu qalereya ayrı-ayrı insanları incəsənəti dərk etməyə səsləyir, sərgilər, görüşlər, seminarlar və turlar vasitəsilə rəssamlar, yazıçılar, mütəxəssislər, tələbələr, eləcə də incəsənətdə ilk addımlarını atan insanlar arasında xüsusi görüşlər keçirməyə və əlaqələr yaratmağa çağırır. 2011-ci ildə Gazelli Art House Londonda beş ardıcıl sərgi həyata keçirdi. Bu sərgilər geniş mənada beş klassik element olan Od, Su, Torpaq, Yel və Efir üzərində cəmləşmişdi və ayrı-ayrı fərdlərin təqdim olunan incəsənət əsərlərinə münasibətini özündə əks etdirirdi. Bu münasibətlər aqressiyadan və məhəbbətdən tutmuş hüzura, yenidən kəşflərdən tutmuş yeni başlanğıclara qədər müxtəlif hissləri özündə birləşdirirdi. Hər bir sərgi fərqli məkanda nümayiş etdirildi. Bu məkanlara şəxsi evlərdən və fondlardan tutmuş anbar ərazilərinə qədər müxtəlif yerlər daxil idi. Məqsəd isə izləyicilərin incəsənəti ağ kub şəkilli qapalı məkan xaricində duymasına və anlamasına nail olmaqdan ibarət idi. Daimi məkan olan 39Doverküçəsində təşkil olunan açılış sərgisi bu qəbildən olan sərgilərin sonuncusu oldu. Bo ağacı klassik element efirin oyanış və maarifləndirmə kimi xüsusiyyətlərinə diqqəti yönəltdi. Beləcə, qalereya öz sərgilər proqramına bir sonluqla başladı və bununla da növbəti sərgilər üçün konseptual davamlılığı təmin etmiş oldu. 2003-cü ildə aktivləşdirilmiş Gazelli Art House 2012-ci ilin oktyabr ayında Bakida, Azərbaycanda fəaliyyətə başlayıb. Londonun sərgi proqramını həyata keçirərək , Baki qalereyası yalnız xarici rəssamların əsərlərini regionda nümayiş etmək, həmçinin geniş izləyici auditoriyanı cəlb etmək və beynəlxalq dialoq üçün platforma təmin etmək üçün nəzərdə tutulub. Gazelli Art House-un təsisçisi və direktoru Mila Əsgərova Azərbaycanda doğulmuş, İstanbula köçmüş, daha sonra isə Londonda məskunlaşmışdır.Londonİqtisadiyyat və Siyasi Elmlər Məktəbində Beynəlxalq Əlaqələr ixtisası üzrə bakalavr dərəcəsini aldıqdan sonra Mila Əsgərova Sotheby şirkətində Müştərilərlə İş Şöbəsində çalışmışdır. Eyni zamanda Bakıda və İstanbulda çoxsaylı sərgilər təşkil etmişdir. Daha sonra o, Londonda kommersiya xarakterli bir incəsənət qalereyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya işlərini aparmışdır. Daha sonralar isə Mila Əsgərova diqqətini sərgilərin təşkilinə və şəxsi incəsənət nümunələrinin satışına yönəltmişdir. İncəsənət bazarındakı fəal iştirakı dövründə Mila Əsgərova Mərkəzi Sent Martins və Christie’s Education (Kristis Edyukeyşn) incəsənət kolleclərində təhsil almaqla Müasir İncəsənətin Toplanması, Müstəqil Sərgi Təşkili və İncəsənət Biznesi kimi sahələrdə nəzəri biliklərə yiyələnmişdir.