Gardenia xəritədə

Gardenia

Bakı, Nərimanov rayonu, Atatürk prospekti, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134 AZ1000 *** 2 səs

Gardenia haqqında

"Gardenia" şirkəti Azərbaycan ərazisində yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində xidmətlər göstərmək məqsədilə 2004-cü ildə yaradılmış və fəaliyyətə başlamışdır. Bu illər ərzində şirkətin fəaliyyətinin əhatə dairəsi genişlənmiş və respublikada bir sıra iri həcmli layihələrin işlənməsində nailiyyətlər əldə edilmişdir. Gördüyümüz işlərin keyfiyyəti, müasir texnologiyadan istifadə, biznesə etibarlı və vicdanlı yanaşma-bizim şirkəti fərqləndirən cəhətlərdir. Şirkətimiz Amerika, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, İsrail, Rusiya şirkətləri ilə sıx əməkdaşlıq edir

Ətraf mühitin gözəlliklərindən mənəvi zövq almaq, onu daha rəngarəng etmək insanın özündən asılıdır. Əgər siz də həyatınızı mənalı etmək, mühitinizi canlandırmaq, təbiətlə təmasda olmağın gözəlliyini duymaq arzusundasınızsa "Gardenia" bağ-bağça mərkəzi Sizin təbiət mükəmməlliyi barədə təsəvvürlərinizi reallaşdıracaq.

Gardenia - yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı

"Gardenia" mərkəzi landşaft arxitekturası sahəsində dizayn-layihələrin işlənməsi və həyata keçirilməsi işində böyük təcrübəyə malikdir. Burada çalışan mütəxəssislər yaşıllaşdırma və ərazinin abadlaşdırılması sahəsində, sahənin landışaftında xarüqələr yaradır, yaşayış evinin özünü və bağçasını cənnətə çevirirlər. Şirkət öz işində ən son texnologiyalardan istifadə edir.

"Gardenia" mərkəzinin dizaynerləri Sizin bağınıza yaraşan gözəl və nəfis çiçəkliklər düzəcək. Çiçəkliklərin düzülməsi – bağ cığırlarının salınmasından, su qurğularının tikilməsindən, ağacların və kolluqların əkilməsindən, qazonların yerləşdirilməsindən sonra həyata keçirilir. Başqa sözlə, çiçəklik – görünüşün bütövlüyünü tamamlayan vacib nüansdır.

  • Qazon toxumunun satışı
  • Rulon qazonun satışı və döşənməsi
  • Çöl bitkilərinin (ağac və kolların) satışı, əkilməsi və onlara qulluq
  • Otaq bitkilərinin satışı və onlara qulluq
  • Qablaşdırılmış torpaq və gübrə satışı
  • Damcılı-suvarma sisteminin satışı və quraşdırılması
  • Plastik, keramik dibçəklərin satışı
  • Bağ-bağça aksessuarları və avadanlıqlarının satışı
  • Xəstəlik və zərərvericilərə qarşı kimyəvi vasitələrin satışı və servis xidməti