Gardenia Gənclik m. xəritədə

Gardenia Gənclik m.

Bakı, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134 AZ1000 *** 1 səs

Gardenia Gənclik m. haqqında

"Gardenia" şirkəti Azərbaycan ərazisində yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində xidmətlər göstərmək məqsədilə 2004-cü ildə yaradılmış və fəaliyyətə başlamışdır. Bu illər ərzində şirkətin fəaliyyətinin əhatə dairəsi genişlənmiş və respublikada bir sıra iri həcmli layihələrin işlənməsində nailiyyətlər əldə edilmişdir. Gördüyümüz işlərin keyfiyyəti, müasir texnologiyadan istifadə, biznesə etibarlı və vicdanlı yanaşma-bizim şirkəti fərqləndirən cəhətlərdir. Şirkətimiz Amerika, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, İsrail, Rusiya şirkətləri ilə sıx əməkdaşlıq edir

Gardenia Bağ-bağça aksessuarları və avadanlıqlarının satışı

"Gardenia" mərkəzi Sizə geniş seçim imkanları yaradıb. Mərkəzdən əlavə, şəhərin mərkəzində və Sumqayıt şəhərində yerləşən mağazalar ixtiyarınıza verilib. Burada Hollandiyadan, İtaliyadan, Almaniyadan gətirilən yüzlərlə gül və kol növləri alıcılara təklif olunur. Sizin istəklərinizdən asılı olaraq, burada müxtəlif formada və ölçüdə gül növləri tapmaq mümkündür. Həmçinin bu gülləri və kolları evin və bağın dizaynına uyğun yerləşdirmək üçün aksesuarlar təklif olunur. Burada rejimi və suyu özü tənzimləyən dibçəklərə də rast gəlmək mümkündür. Siz bu dibçəklərdən istifadə etməklə tam arxayın ola bilərsiniz ki, gülləriniz vaxtında və lazımı qədər su ilə təmin olunacaq.

  • Qazon toxumunun satışı
  • Rulon qazonun satışı və döşənməsi
  • Çöl bitkilərinin (ağac və kolların) satışı, əkilməsi və onlara qulluq
  • Otaq bitkilərinin satışı və onlara qulluq
  • Qablaşdırılmış torpaq və gübrə satışı
  • Damcılı-suvarma sisteminin satışı və quraşdırılması
  • Plastik, keramik dibçəklərin satışı
  • Bağ-bağça aksessuarları və avadanlıqlarının satışı
  • Xəstəlik və zərərvericilərə qarşı kimyəvi vasitələrin satışı və servis xidməti