Qaradağ Kərpic Zavodunda Azərbaycanda yüksək keyfiyyətli kərpic istehsal olunur. İstehsalat gücü gündəlik 28 vaqonun yüklənməsinə bərabərdir ki, bu da hər 50 dəqiqə ərzində bir dolu vaqonun yola düşməsini zəruri edir. Uzunmüddətli keyfiyyəti təmin etmək, habelə ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə yeni çıxarılan gil nəzarət altında xüsusi saxlanılan sahəyə çatdırılır. Daşlar isə ekstruziya prosesi vasitəsilə çıxardılır. Əldə olunan gil iki cüt hamarlanmış borudan keçirilir və yüksək vakuum təzyiqi altında formaya salınır. Bunun ardınca gil kəsici avadanlığa verilir və kərpic qurutma bölməsinə göndərilməzdən əvvəl kiçik vaqonlarda açıq havada hidrat hopdurulur.
Son mərhələdə kərpiclər 800–850ºC-də boruşəkilli sobada bişirilərək soyudulur. Məhsuldarlığı artırmaq üçün müntəzəm şəkildə yeni texnologiyaların tətbiqinə xüsusi əhəmiyyət verilir. Hazır məhsullar Azərbaycanın tələb olunan bütün regionlarına göndərilir.