Gəncə Körpü Tikinti-2 xəritədə

Gəncə Körpü Tikinti-2

Bakı, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 47 AZ1000 *** 1 səs

Gəncə Körpü Tikinti-2 haqqında

"Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılmışdır. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Müəssisənin 37 illik istehsalat təcrübəsi vardır. Bu müddət ərzində kollektiv tərəfindən xeyli sayda körpü keçidləri, yolötürücüləri tikilmiş, avtomobil yolları salınıb istifadəyə verilmişdir."Gəncə Körpü Tikinti-2" ASC Respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisələrdən biridir. Bundan əlavə, şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir. Müəssisə rəhbərliyinin başlıca məqsədi daim irəli getmək, elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etmək, yeni istehsal texnologiyalarına yiyələnmək, görülən işləri beynəlxalq standartlar səviyyəsinə qaldırmaq, tapşırıqları keyfiyyətlə, təhlükəsiz, vaxtında, ekoloji və əmək mühafizəsi tələblərini pozmadan yerinə yetirmək və işçi personalının rifah halını yaxşılaşdırmaqla yanaşı, dövlətimiz üçün infrastrukturların inkişaf etdirilməsinə nail olmaqdır. "Gəncə Körpü Tikinti-2" ASC ilk dəfə Azərcaycan Respublikasinda ölkə prezidentinin "Bakı şəhərində Nəqliyyat Sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" sərəncamına müvafiq olaraq yanaşma divarları ilə birlikdə uzunlugu 2 kmdən artıq olan nəhəng körpü kompleksinin inşaasını uğurla tamamlayaraq istismara vermişdir.