Galaxy Travel xəritədə

Galaxy Travel

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 209B АZ1000 *** 4 səs

Galaxy Travel haqqında

Galaxy Travel turizm şirkəti 15 ildən artıqdır ki, Azərbaycanın turizm bazarında müstəqil beynəlxalq turizm operatoru kimi işləyir və ölkənin iri turizm şirkətlərinin ilk beşliyinə daxildir.Şirkətimiz işgüzar turizmin təşkili üçün tam xidmətlər spektrini təklif edir.Hava limanlarında xidmət – H.Əliyev beynəlxalq aeroportunda, dünyanın bütün hava limanlarında turistlərin qarşılanması və yola salınması, o cümlədən VİP xidmətin təşkili, hava alanlarından otellərə və geriyə transferlər;

Galaxy Travel turizm şirkətinin xidmətləri

  • Turistlərin Azərbaycan otellərində yerləşdirilməsi – məsləhətlər, korporativ müştərilərə uyğun qiymət siyasətinin təklif edilməsi, otellərdə öncədən yerlərin ayrılması;
  • otel xidmətlərindən istifadənin bütün mərhələlərində müştərilərin müşayiət edilməsi;
  • komfortlu nəqliyyat vasitələri – avtobus, mikroavtobus, minik avtomobillərindən, yerli marşrutlarda hava uçuşlarından istifadə etməklə, Azərbaycanın bütün ərazisində transferlərin təşkili və yerinə yetirilməsi;
  • Azərbaycana turist vizasının və ya çox dəfəli vizanın əldə olunması üçün viza dəstəyi;
  • Azərbaycanda işləmək üçün vizanın alınmasına dair məsləhətlər və kömək;
  • Sifarişlər üzrə Azərbaycanda və xaricdə turların təşkili və yerinə yetirilməsi, tarix, din, cəmiyyət, təbiət, mədəni nailiyyətlərlə tanışlıq üzrə ekskursiya turları, istirahət və əyləncə yerlərinə turlar;
  • Xarici ölkələrdə otellərdə yerlərin ayrılması və yerləşdirmə.

İşin başlıca meyarı – etibarlılığın və keyfiyyətin təmin edilməsidir. Qalaxy Travel turizm sahəsində fəaliyyət göstərdiyi dövr ərzində yaratdığı imicini xüsusilə qiymətləndirir və onu öz partnyorları ilə bölüşməyə hazırdır.