Galaxy Group Təlim və Tədris Mərkəzi xəritədə

Galaxy Group Təlim və Tədris Mərkəzi

Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 235 AZ1052 *** 2 səs

Galaxy Group Təlim və Tədris Mərkəzi haqqında

Təlim və Tədris Mərkəzi olan “Galaxy” fəaliyyətə başladığı gündən daim misilsiz xidmət göstərmiş və rəğbət qazanmışdır.Hər gün yeniləşən, inkişaf edən ölkəmizdə yaşayan insanların yüksək intelektə malik olmasının vacibliyini düşünərək çətin, məsuliyyətli, amma olduqca şərəfli olan bu işi öz üzərimizə götürməyi borc bildik.

Təlim və Tədris Mərkəzinin məqsədi

Məqsədimiz Azərbaycanımızın gələcəyi və inkişafı naminə gənc nəsillərin daha bilikli, düşüncəli və intellektual yetişməsi üçün töhvə verməkdir. Üstünlüklərimiz və fərqimiz tədris sistemimizin hər kəsin bilik və bacarığına uyğun olmasıdır.Tez bir zamanda belə bir naliyyətlərin əldə edə bilməyimiz təhsildə yeniliklərə daha çox önəm verməyimizlə əlaqədardır. Xidmətlərimizin əsasən birbaşa məktəbli və tələbələrlə bağlı olduğunu nəzərə alaraq onların vaxtlarının daha səmərəli, maraqlı və faydalı keçməsi üçün bir çox layihələr həyata keçirdik. Layihələrimiz gənclərimiz tərəfindən çox maraqla qarşılanır və bu gün də həvəslə iştirak edirlər.Biz hər zaman “Əgər elm ümid ilə olsaydı, dünyadakı bütün insanlar alim olardı” şüarı ilə insanlara elmin öyrənməklə artdığını aşılamağa çalışırıq. Biz bu yolda ən yaxın və etibarlı bir bələdçi, məsələhətçi və köməkçi olduğumuzu hər zaman göstərmişik.

Kurslarımız

  • Xarici Dillərin Tədrisi İngilis, RUS, ALMAN, FRANSIZ,
  • Kompyuter kursları (Ofis və Dizayn proqramları)
  • Beynəlxalq Mühasibat, 1C
  • Magistraturya hazırlıq
  • Məntiq
  • İnformatika
  • Xarici dil