Gala Bazaar Hamamı xəritədə

Gala Bazaar Hamamı

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Qala yolu, 46 AZ1000 *** 4 səs

Gala Bazaar Hamamı haqqında

“Qala Bazar” hamam kompleksinin tikintisində istifadə olunan çay və dəniz daşları , dekor və tavanın taxta işləmələri ən azı 100 il yaşa malikdir ki, bu da tikilini görünüşcə şəhərimizdə tikilən qədim hamamlardan heçdə fərqləndirmir. Hamam 1 böyük və 4 kiçik günbəzdən və şərq üslubunda qurulmuş arka sütunlardan ibarətdir. Hamam kompleksi türk hamamı, fin hamamı, cakuzi- spa , yay və qış hovuzlarından ibarətdir. Bundan əlavə hamamda mini bar və vitamin bar fəaliyyət göstərir. Fin hamamında istilik adətən 80-110 dərəcə olur.

Qala Bazar hamamın xidmətləri

Türk hamamında isə istilik 30 -60 dərəcə arasında dəyişirki, bu da yüksək temperaturda oturmağa sağlamlığı imkan verməyən insanlar üçün nəzərdə tutulmuşdur. Hamamın insan sağlamlığına xeyri çoxdur. Uzun müddət qalmamaq şərti ilə, isti su və sabunla ediləcək təmizlik üçün ən uyğun yer olan hamamda, tərləyən bədənin, lif və ya kisəylə ovularak yuyulması, qan dövranını sürətləndirdiyi üçün rahatlıq hissi verir.Bundan başqa hamamın insan orqanizminə olan xeyri aşağıdakılardan ibarətdir :

  • Stressi yüngülləşdirir, bədəni boşaldır və sakitləşdirir.
  • Sümük gərginliklərini və ağrılarını aradan qaldırır
  • İmmun sistemini dəstəkləyir.
  • Linfa sistemi təmizliyini artırır.
  • Qan dövranını artırır.
  • Bədənin metabolik fəaliyyətini artırır.
  • Dərinin gənc və təzə qalmasını təmin edir.
  • Son zamanlarda xərçəng və infeksiya xəstəliklərinə qarşı istifadə edilən müalicələrdən biri buxar istisi və buxar hamamlarıdır.
  • Buxar duşları bədəni yağ toksinlərdən təmizləmək üçün çox təsirlidi.