Füzuli Rayonu İcra Hakimiyyəti xəritədə

Füzuli Rayonu İcra Hakimiyyəti

Horadiz şəhəri, Füzuli AZ1000 *** 0 səs

Füzuli Rayonu İcra Hakimiyyəti haqqında

Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1993-cü ildən ərazinin bir hissəi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

Füzuli rayonunun inzibati quruluşu

Bölgə inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.Füzuli rayonu 23 avqust 1993-cü il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 05 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə 69800 nəfər rayon sakini yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir.6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir. Hazırda rayonda 45 inzibati ərazi dairəsi olmaqla 2 şəhər, 16 qəsəbə və 82 kənd yaşayış məntəqəsi vardır.1 şəhər, 61 kənd rayonun işğal altındakı ərazilərində yerləşir. İşğaldan azad olunmuş ərazilərdə isə 1 şəhər,16 qəsəbə və 21 kənd vardır. Rayonda 21 yerli özüunu idarə orqanı olan bələdiyyələr faəliyyət göstərir.