Freenet haqqında
“KaravanSIM” – xoş sürpriz bəxş edən rouminqdir. “KaravanSIM” mobil rabitənin GSM-kartı müasir problem olan baha rominq məsələsini həll edir. Adi mobil rabitə operatorlarının xidmətləri ilə müqayisə etdikdə, “KaravanSIM” istifadəçilərin danışıqlar zamanı əldə etdiyi qənaəti 90% təşkil edir. “KaravanSIM” kartı dünyanın 160-dan çox ölkəsində qüvvədədir, bununla belə, həmin ölkələrdən 60-da daxil olan zənglər pulsuzdur. Bu ölkələr sırasında Avropa ölkələri (24 ölkə), MDB ölkələri və Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və s. kimi məşhur kurortlar çoxluq təşkil edir. Çıxış zənglər üçün minimum ödəniş – bir dəqiqə danışıq üzrə 39 sent təşkil edir. Həmçinin 42 ölkədə daxil olan zənglərin qiyməti simvolik olaraq 0,10-0,35 ABŞ dolları təşkil edir. Bu, bir çox ölkələrə səyahətə və ya işgüzar səfərə yollanan insanlar üçün çox qənaətlidir. İstehsalçı və rouminq üzrə bütün tərəfdaşlar arasında bağlanmış müqavilələr, 160-dan çox ölkədə “KaravanSIM” xidmətlərinin istifadəçisinə, onun istifadəsindən və ölkədən asılı olaraq, mobil rabitəyə sərf etdiyi xərclərin 30%-dən 90% qədər azaltmğa imkan verir. “KaravanSIM” turist kartı ilə Siz, rouminqin baha və əlçatmaz olması barədə məşhur stereotipdən asanlıqla uzaqlaşacaqsınız. “KaravanSIM” mobil rabitə kartlarının başlıca üstünlüklərini sadalayaq:
- 60 ölkədə daxil olan zənglərin pulsuz olması;
- Daha 42 ölkədə - daxil olan zənglər bir dəqiqə üçün 0.10-0.35$, çıxış zənglər - bir dəqiqə üçün 0.39$;
- əhatə dairəsi – dünyanın 160-dan çox ölkəsi;
- danışıqlarda 90% qədər qənaət;
- hesabın operativ şəkildə artırılması;
- anonimlik (müqavilə yoxdur);
- abunə haqqı, gizli ödəmələr yoxdur;
- hesabın və zənglərin pulsuz onlayn-detallaşdırılması;
- kart, hesabın sonuncu artırılma müddətindən etibarən 2 il ərzində aktivdir.
Siz, “KaravanSIM” xidmətlərindən yalnız istehlakçı kimi deyil, həmçinin tərəfdaş kimi də yararlana bilərsiniz, habelə Sizin əsas biznesinizə [tərəfdaşlara] bərabər və hətta ondan da yüksək olan əlavə gəlirinizi xeyli dərəcədə artıra bilərsiniz.
“KaravanSIM” kartına əlavə nə verilir? “KaravanSIM” kartı unikal telefon nömrəsindən (kod: +372) və xüsusi SMS-nömrəsindən ibarətdir. PIN, PIN2, PUK və PUK2 kodları kartda çap edilmişdir. 35$ dəyərində olan ilkin “KaravanSIM” paketinə (bura SİM-kart, nömrənin aktivləşdirilməsi, 10$ nominal dəyərində danışıq balansının skretç-kartı daxildir), hesabında 10 ABŞ dolları dəyərində danışıq vaxtı olan aktivləşdirilmiş GSM-kart və istifadəçinin təlimat kitabçası daxildir. “KaravanSIM” xidmətində qoşulma haqqı və abunəçi haqqı yoxdur. Əlavə ödəniş müqabilində çatdırılma mümkündür:
- adi çatdırılma = 10$ (15-20 gün);
- ekspres-çatdırılma = 60$ (3-6 gün).
Danışıq vaxtının kreditinə əlavə:
“KaravanSIM” menyusunda (bu menyunu Siz, “KaravanSIM” kartını quraşdırdıqdan sonra mobil telefonun menyusunda tapa bilərsiniz) olan xüsusi funksiyalar vasitəsi ilə, distribütorunuzun satış nöqtələrindən əldə etdiyiniz vauçerdən PİN-kodu daxil etməklə, Siz istənilən zaman danışıq vaxtını artıra bilərsiniz. Siz həmçinin istənilən anda və istənilən yerdə öz danışıq vaxtınızın hesabını real vaxt rejimində, İnternet vasitəsi ilə www.karavansim.com səhifəsinə daxil olub (hesabı artırmaq) artıra bilərsiniz.
Texniki tələblər. Xidmətdən, hər hansı bir blok edilməmiş GSM standartlı mobil telefondan istifadə etmək olar.
“KaravanSIM” kartının istifadə müddəti.
“KaravanSIM” kartı, hətta hesabda pul bitdikdən sonra da, hesabın axırıncı dəfə artırılması müddətindən etibarən 2 il ərzində qüvvədə olacaqdır.
“KaravanSIM” xidmətləri: “KaravanSIM” öz şəbəkəsinin dünyada daima genişləndirilməsi və optimallaşdırılması üzərində öz gücünü toplamışdır. Bütün məsələlər üzrə “KaravanSIM” dəstəyi telefonla “KaravanSIM” menyusu, eləcə də elektron poçt vasitəsi ilə onlayn rejimdə mümkündür. Biz həmçinin “KaravanSIM” xidmətinin qeydiyyatdan keçmiş bütün istifadəçilərinə, zənglərin və icra edilmiş tranzaksiyaların pulsuz xronologiyasını (detallaşdırılmasını) təqdim edirik.