Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur.
Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.Azərbaycanda korrupsiyaya qarşı mübarizə, bizim ölkəmizi milli özünüdərki məhdudlaşdıran xəstəlikdən azad etmək - bütün xalqın və cəmiyyətin əsas məqsədlərindən biri olmalıdır. Əsas vəzifəsi korrupsiya sahəsində tədqiqatlar apararaq onu cəmiyyətə çatdırmaq olan Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi- huquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmış qeyri-hökümət təşkilatıdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün, korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu müxtəlif tədbirlər, sorğular, tədqiqatlar keçirir.Bu mühüm addımı atarkən Fond başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti qizlətməməklə bərabər həm də yalandan şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Təkçə şəraitin təsvirini verməklə kifayətlənmək deyil, Fond həmçinin İctimaiyyətin bu bəlaya qarşı mübarizəyə qoşulması yolu ilə korrupsiyanın müxtəlif təzahürlərinin məhdudlaşdırılmasına çalışır və hər bir şəxsin bu problemə münasibətini bildirməsi üçün şərait yaradır.